IOMedia — SEO, Frontend, Server Optimizasiyası
Rəqəmsal marketing agentliyi saytında SEO görünürlüyünün artırılması, frontend düzəlişləri və texniki problemlərin idarə olunması.
Layihə haqqında
IOMedia layihəsində əsas məqsəd saytın Google görünürlüyünü artırmaq, mövcud texniki problemləri aradan qaldırmaq və saytın həm istifadəçi, həm də axtarış motorları üçün daha sağlam strukturda işləməsini təmin etmək idi.
Layihəyə 01.10.2025 tarixindən etibarən qoşulmuşam. Bu müddətdə yalnız SEO optimizasiya deyil, eyni zamanda saytın frontend hissəsi, server tərəfli problemləri və ümumi texniki strukturu üzərində də işlər görülüb.
- Rol: SEO Specialist, Frontend Developer və texniki dəstək
- Başlama tarixi: 01.10.2025
- Sayt: iomedia.az
- İstiqamət: SEO, frontend, server support
Problem
Layihəyə başladığım mərhələdə saytın SEO baxımından inkişaf etdirilməli olan əsas sahələri var idi. Xidmət səhifələrinin daha güclü SEO strukturuna, blog və məlumat xarakterli səhifələrin search intent-ə daha uyğun qurulmasına, həmçinin texniki və frontend problemlərinin aradan qaldırılmasına ehtiyac var idi.
Əsas məqsəd saytın daha çox axtarış sorğusunda görünməsi, mövcud səhifələrin Google tərəfindən daha düzgün başa düşülməsi və istifadəçi təcrübəsinə təsir edən texniki problemlərin azaldılması idi.
Görülən işlər
SEO optimizasiya
Xidmət səhifələrinin meta title, meta description, heading strukturu, daxili linkləmə və kontent uyğunluğu üzərində optimizasiya işləri görüldü.
Frontend düzəlişləri
Saytın vizual və texniki frontend problemləri yoxlanıldı, səhifə strukturu və istifadəçi təcrübəsinə təsir edən hissələr təkmilləşdirildi.
Server və texniki support
Saytın işləməsinə təsir edən texniki və server tərəfli problemlər analiz olundu və mərhələli şəkildə həll edildi.
GSC və Ahrefs analizi
Google Search Console və Ahrefs datalarına əsasən keyword görünürlüğü, səhifə performansı və SERP nəticələri izlənildi.
Nəticələr
Orqanik klik
Google impression
Görünürlük artımı
Average position
Google Search Console datasına əsasən, layihəyə qoşulduğum tarixdən sonrakı dövrdə klik sayı 95-dən 434-ə, impression sayı isə 1.21K-dan 29K-a yüksəlib. Bu nəticə saytın daha geniş keyword qrupunda görünməyə başladığını göstərir.
Keyword görünürlüğü
IOMedia saytı “marketing nədir”, “smm nədir”, “seo xidməti”, “marketing agentliyi” və “sayt hazırlanması” kimi sorğularda görünürlük qazanıb. Bu nəticələr həm xidmət səhifələrinin, həm də məlumat xarakterli kontentlərin SEO baxımından daha sağlam strukturda qurulmasının nəticəsi olaraq formalaşıb.
- marketing nədir
- smm nədir
- seo xidməti
- marketing agentliyi
- sayt hazırlanması
Layihədə mənim rolum
Bu layihədə işim yalnız SEO ilə məhdudlaşmayıb. Eyni zamanda saytın texniki işləməsi, frontend düzəlişləri və server tərəfli problemləri də idarə olunub. Məqsəd saytın həm Google üçün daha anlaşılan, həm də istifadəçi üçün daha rahat işləyən bir strukturda olması idi.
Bu case study mənim SEO və frontend development biliklərini birlikdə tətbiq etdiyim layihələrdən biridir. Burada həm texniki optimizasiya, həm kontent strukturu, həm də performans izlənməsi paralel şəkildə aparılıb.
Oxşar layihə üçün dəstək lazımdır?
Əgər saytınızın SEO görünürlüğünü artırmaq, texniki problemlərini həll etmək və frontend strukturunu optimizasiya etmək istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə saxla