Gasarayev Emil's Projects
2012-ci ildə fəaliyyətə başlamış Shaftali.az, məqsədi rəqəmsal texnologiyaların istifadəsində yenilikçilik və yaradıcılıq gətirməkdir. Müasir rəqəmsal dövrün tələblərinə cavab verən kreativ həllər təklif edərək, şirkətlərin və fərdi müştərilərin onlayn platformada effektivliyini artırmağa kömək edir.
Mən Shaftali.az veb saytının yenidən dizaynı və kodlarının yeni dizayna uyğun yenilənməsi prosesində fəal şəkildə iştirak etmişəm və SEO optimizasiyası üzrə məsuliyyət daşıyıram. Bu layihənin əsas məqsədi, saytın bütün cihazlarda, o cümlədən masaüstü və mobil versiyalarda optimal performans göstərməsini təmin etmək və eyni zamanda axtarış motorlarında reytinini yüksəltməkdir.Shaftali.az-da qazandığım təcrübə mənə müxtəlif layihələr üzərində işləmək imkanı verib və bu, mənim frontend proqramlaşdırma bacarıqlarımı daha da təkmilləşdirməyimə kömək edib. Bu iş sahəsindəki biliklərimi daha da genişləndirmək və gələcək layihələrdə tətbiq etmək məqsədilə daim özümü inkişaf etdirməyə çalışıram.
Mən Dam Yağmuru veb saytının frontend kodlarının yazılmasında iştirak etdim. HTML, CSS, Bootstrap, JavaScript, AJAX və jQuery kimi texnologiyalardan istifadə edərək saytın funksionallığını inkişaf etdirdim. Əsas məqsəd saytın bütün cihazlarda, o cümlədən mobil cihazlarda mükəmməl işləməsini təmin etmək idi. Bunun üçün responsive dizayn metodlarından istifadə edildi. Backend ilə sıx əməkdaşlıq edərək bütün sistem komponentlərinin problemsiz inteqrasiyasını təmin etdim. Admin panelinin yaradılmasında iştirak etdim və idarəetmə funksiyalarını inkişaf etdirərək istifadəçilərə asanlıqla idarəetmə imkanı təqdim etdim.
Eyni zamanda SEO optimizasiyası ilə də məşğul oldum və saytın axtarış mühərriklərində görünürlüğünü artırmaq üçün ilkin addımları atdım. Saytın meta etiketləri, başlıqları, təsvirləri və səhifə yükləmə sürətini optimallaşdıraraq saytın axtarış nəticələrində daha yüksək mövqelər qazanmasına kömək olacağı üçün bu işləri gördüm. Məqsədim yalnız saytın yaradılmasını təmin etmək deyil, həmçinin onu müvafiq açar sözlər üzrə yüksək sıralama əldə etməsini təmin etməkdir.
Bu layihə mənə həm frontend inkişafı, həm də SEO optimizasiyası sahəsində bacarıqlarımı təkmilləşdirməyə kömək etdi və müasir veb texnologiyalarını tətbiq edərək texniki və axtarış motoru sıralamalarında yaxşı performans göstərən bir veb sayt yaratmağa imkan verdiyini düşünürəm.
TapÖyrən, istifadəçilərin video kursları izləyərək və müəllimlərlə qarşılıqlı əlaqədə olaraq bilik və təcrübə qazanmalarına kömək edən innovativ bir veb platformadır. Mən Junior Frontend Developer olaraq, platformanın mobil responsivlik təmin etməkdə mühüm rol oynadım və admin panelinin inkişafında çalışdım.
Əsas töhfələrimdən biri, saytı müxtəlif cihazlar üçün optimallaşdırmaq və bütün ekran ölçülərində problemsiz və istifadəçi dostu bir təcrübə təmin etmək idi. Həmçinin, admin panelinin dizaynı və tətbiqi sahəsində kömək etdim, bu da platformanın idarə edilməsini və məzmun moderasiyasını asanlaşdırmağa kömək etdi. Bu layihədəki işim mənə həm frontend bacarıqlarımı inkişaf etdirməyə, həm də mürəkkəb veb sayt iş prossesini daha yaxşı başa düşməyə imkan verdi.
Merit Brand veb saytı, Code Academy-dəki Advanced Fullstack Frontend Programming kursunun final layihəsi üçün yazdım. Layihə, artıq daha əvvəl yazılan bir kataloq veb saytına əsaslanır. Mən veb saytı inkişaf etdirərək, Admin Panel əlavə etdim, backendi Node.js istifadə edərək yazdım və API istifadəsini rahatlaşdırmaq üçün Swagger UI inteqrasiya etdim.
Frontend üçün müasir texnologiyalar istifadə edərək dinamik bir istifadəçi interfeysi qurmuşam. React, sürətli və interaktiv bir istifadəçi təcrübəsi yaratmaq , Redux Toolkit isə tətbiqin "state management"ini səmərəli idarə etmək üçün istifadə etdim. Məhsullar haqqında məlumatları vizuallaşdırmaq üçün Chart.js inteqrasiya etdim, i18next istifadəedərək veb saytın çoxdilli olmasını təmin etdim.
Layihəni bir ay ərzində uğurla tamamladım, kodları yazarkən SEO optimizasiyasını diqqətə alaraq, Google indexləməsi zamanı problem yaşanmaması üçün sitemap, robots.txt kimi folderləri proyektimə əlavə etdim. Sayt müxtəlif cihazlara cavab verən dizayna malikdir və bütün cihazlarda problemsiz bir istifadə təmin edir. Layihə kodunu GitHub hesabımda daha ətraflı görmək mümkündür.
Morooq, istifadəçilərin rəsmi imtahanlara hazırlıq keçmələrinə kömək edən onlayn bir platformadır. 200-dən çox sınaq testi təklif edən platformamız, istifadəçilərə müxtəlif fənlərdə biliklərini inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Morooq, istifadəçilərinə istədikləri zaman və hər yerdə FREMİUM məhsullarından yararlanma imkanı təqdim edir.
Morooq platformasında Junior Frontend Developer olaraq, React, HTML və CSS istifadə edərək veb platformanın inkişafında iştirak ettim. GitHub istifadə edərək real proyektlər üzərində komanda ilə işləmə bacarığımı təkmilləştirdim.
Saytın funksiyonallığı üçün backend tərəfindən gələn məlumatları API-lər vasitəsilə istifadəçiyə düzgün şəkildə ötürülməsini təmin etdim. Həmçinin, istifadəçi interfeysini test etmək, səhvləri tapmaq və optimallaşdırmaqla yanaşı, brauzerlərarası uyğunluq və responsivlik kimi işlərdə iştirak etdim.
Barattson 2014-cü ildən peşəkar təhsil təminatçısı kimi fəaliyyət göstərir. Biz, kiçik və orta ölçülü müəssisələrin idarəetmə və işçi heyətinin bacarıqlarını artırmaq məqsədilə mütəxəssisləri beynəlxalq mühasibat və maliyyə imtahanlarına hazırlamaq, eləcə də məsləhət və təlimlər təklif edirik. Əlavə olaraq, İngilis dili öyrənmə və IELTS, TOEFL kimi beynəlxalq imtahanlara hazırlıq üzrə ixtisaslaşmış təlimlər də təqdim edirik.
Barattson-da Junior Frontend Developer kimi fəaliyyət göstərərkən, şirkətin veb saytının yenidən yaradılmasında əsas rol oynadım. Mənim vəzifələrim HTML və CSS ilə veb səhifələrin dizaynını və strukturlaşdırılmasını geniş şəkildə işləyərək, saytın vizual olaraq cəlbedici və istifadəçi dostu(user friendly) olmasını təmin etmək idi. Həmçinin, saytın interaktivliyini artırmaq üçün JavaScript istifadə edərək slayderlər əlavə etdim və fərqli cihazlarda problemsiz işləməsini təmin etmək üçün saytın mobil responsiv dizayna uyğun yazdım.