Casa D’Arte — Premium İtalyan Mebel Brendi üçün SEO və Texniki Optimizasiya
Bakıda fəaliyyət göstərən premium italyan mebel mağazası üçün texniki SEO, çoxdilli struktur, Google görünürlüyü və premium brend axtarışlarında mövqe artımı üzərində aparılmış işlər.
Layihə haqqında
Casa D’Arte Bakıda fəaliyyət göstərən premium italyan mebel mağazasıdır və Interiome Group tərkibində fəaliyyət göstərir. Layihənin əsas məqsədi saytın Google axtarış nəticələrində görünürlüyünü artırmaq, lokal premium mebel sorğularında mövqeləri gücləndirmək və texniki SEO baxımından daha sağlam struktur qurmaq idi.
Layihə çərçivəsində saytın texniki analizi aparıldı, Google Search Console və sitemap inteqrasiyası quruldu, indeksləmə problemləri yoxlanıldı, çoxdilli AZ / EN / RU strukturu əlavə edildi və premium italyan brendləri üçün ayrıca səhifələr yaradıldı.
- Rol: SEO Mütəxəssisi, Frontend Developer və texniki dəstək
- Sayt: casadarte.az
- İstiqamət: Technical SEO, on-page SEO, frontend support
- Niş: Premium italyan mebel və interyer
Problem
Layihəyə başlanılan zaman saytın texniki SEO, indekslənmə, meta məlumatlar, heading strukturu, dil konfiqurasiyası və performans baxımından inkişaf etdirilməli hissələri var idi. Sayt ilkin olaraq tək dildə idi və premium italyan mebel axtarışları üçün daha güclü lokal SEO strukturu tələb olunurdu.
Eyni zamanda bəzi səhifələrdə indekslənmə ilə bağlı risklər, noindex problemləri, heading tag uyğunsuzluqları, meta məlumat çatışmazlıqları və texniki problemlər mövcud idi. Məqsəd həm Google üçün daha anlaşılan, həm də istifadəçilər üçün daha səliqəli və faydalı sayt strukturu qurmaq idi.
Görülən işlər
Texniki SEO auditi
Saytın indekslənmə vəziyyəti, noindex səhifələr, hreflang strukturu, canonical tag-lər, 4xx error-lar, heading strukturu və texniki problemlər analiz edildi.
Google Search Console və sitemap
Google Search Console inteqrasiyası quruldu, sitemap strukturu yoxlanıldı və Google-un saytı daha düzgün crawl etməsi üçün əsas texniki tənzimləmələr aparıldı.
Meta Title və Description
Bütün əsas səhifələr üçün Meta Title və Meta Description strukturu yenidən hazırlandı. Məqsəd SERP görünüşünü yaxşılaşdırmaq və səhifələri axtarış niyyətinə daha uyğun etmək idi.
Çoxdilli struktur
Sayt ilkin mərhələdə tək dildə idi. Layihə çərçivəsində AZ, EN və RU dilləri əlavə edildi və çoxdilli SEO strukturu üçün uyğun səhifə konfiqurasiyası quruldu.
Brend səhifələri
Longhi, Poltrona Frau, Fiam Italia, Porada, Gruppo Fox və Euroluce kimi premium italyan brendləri üçün ayrıca səhifələr yaradıldı və bu səhifələrdə brend kataloqları nümayiş etdirildi.
Dress Code bölməsi
Longhi, Poltrona Frau, FIAM və digər premium italyan brendlərinin məhsullarını daha interaktiv formada təqdim etmək üçün Dress Code bölməsi strukturlaşdırıldı.
Nəticələr
Organic click growth
Search visibility growth
Ahrefs Site Health
Average position
Google Search Console müqayisəsinə əsasən, layihəyə başlanmazdan əvvəlki və sonrakı dövr arasında saytda ciddi görünürlük artımı əldə edildi. Click sayı səhifədə açıq rəqəm kimi göstərilmədən, nəticələr faiz artımı formasında təqdim olunur.
Texniki SEO, indekslənmə nəzarəti, meta məlumatların yenilənməsi, heading strukturunun düzəldilməsi və səhifə strukturunun optimizasiyası nəticəsində saytın ümumi SEO sağlamlığı gücləndirildi.
Ahrefs Site Health nəticəsi
Saytda aparılan texniki SEO və struktur optimizasiyalarından sonra Ahrefs Site Audit nəticələrində mühüm irəliləyiş əldə olundu. Əvvəlki mərhələdə 60% olan Site Health göstəricisi 100%-ə çatdırıldı.
Bu nəticə indekslənmə, texniki səhvlərin aradan qaldırılması, səhifə strukturu, crawl problemlərinin həlli və ümumi SEO sağlamlığı baxımından görülən işlərin nəticəsini əks etdirir.
Keyword görünürlüyü
Casa D’Arte üçün lokal və premium niyyətli açar söz strategiyası quruldu. Məqsəd Bakıda premium italyan mebel, lüks interyer həlləri və brend əsaslı axtarışlarda saytın daha güclü görünməsini təmin etmək idi.
- premium italyan mebel baki
- premium italian mebel baku
- premium italyan mebel
- premium italian mebel
- italyan mebel
- longhi baku
- longhi baki
- Poltrona Frau baku
- Poltrona Frau baki
- FIAM baku
- FIAM baki
AI suggestion görünürlüyü
Layihədə yalnız klassik Google axtarışları deyil, həm də AI əsaslı cavab sistemlərində görünürlük nəzərə alındı. Sayt premium italyan mebel və Bakıda lüks mebel axtaran istifadəçilər üçün uyğun cavab mənbəyi kimi mövqeləndirildi.
- how can buy high quality italian furniture in baku
- how can buy italian furniture in baku
- how can buy premium furniture in baku
- how can buy luxury furniture in baku
- how can find premium furniture store in baku
- how can find italy furniture brand in baku
- how can find premium furniture brand in baku
Brend səhifələri və kataloq strukturu
Hər bir premium italyan brendi üçün ayrıca səhifə yaradıldı və həmin səhifələrdə brendlərin kataloqları yerləşdirildi. Bu struktur həm istifadəçi üçün məhsulları daha rahat tapmağa kömək etdi, həm də Google-un brend səhifələrini daha aydın başa düşməsinə imkan yaratdı.
Longhi, Poltrona Frau və Fiam Italia kimi premium brendlər üzrə səhifələr lokal axtarış niyyətinə uyğun hazırlandı. Bu yanaşma Casa D’Arte-nin yalnız ümumi mebel mağazası kimi deyil, Bakıda premium italyan brendlərinin rəsmi təqdimat nöqtəsi kimi görünməsini gücləndirdi.
Dress Code və istifadəçi təcrübəsi
Saytda Dress Code adlı interaktiv bölmə yaradıldı. Bu bölmədə istifadəçi evin otaqlarını göstərən vizuallar üzərinə klikləyərək məhsullar haqqında əlavə məlumat əldə edə bilir.
Bu struktur premium mebel məhsullarının sadəcə kataloq kimi deyil, real interyer konsepti daxilində təqdim olunmasına imkan yaratdı. Nəticədə həm istifadəçi təcrübəsi zənginləşdirildi, həm də məhsul təqdimatı daha premium və vizual formada quruldu.
Layihədə mənim rolum
Bu layihədə işim yalnız SEO optimizasiya ilə məhdudlaşmayıb. Saytın texniki strukturu, frontend dəstəyi, çoxdilli səhifə quruluşu, indekslənmə nəzarəti və premium brendlər üzrə səhifə strukturlarının hazırlanması da bu işlərin bir hissəsi olub.
Casa D’Arte case study mənim SEO və texniki development biliklərini birlikdə tətbiq etdiyim layihələrdən biridir. Məqsəd premium bir brend üçün həm Google baxımından, həm də istifadəçi baxımından daha güclü sayt quruluşu yaratmaq idi.
Oxşar layihə üçün dəstək lazımdır?
Əgər saytınızın SEO görünürlüyünü artırmaq, texniki problemlərini həll etmək, çoxdilli struktur qurmaq və daha güclü sayt arxitekturası yaratmaq istəyirsinizsə, mənimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə saxla