Süni İntellekt Saytınızı Necə Tanıyır?

Süni İntellekt Saytınızı Necə Tanıyır? Schema və Structured Data

Son illərdə SEO yalnız Google-da daha yuxarı çıxmaqdan ibarət deyil. Artıq istifadəçilər məlumatı həm Google-da, həm də ChatGPT, Gemini və digər süni intellekt alətlərində axtarırlar. Buna görə əsas sual dəyişir: süni intellekt bizim saytımızı, şirkətimizi və xidmətlərimizi necə tanıyacaq?

Burada schemastructured data önəmli rol oynayır. Bunlar saytınızda olan məlumatları axtarış motorları və süni intellekt sistemləri üçün daha anlaşıqlı formaya salır. Yəni məqsəd sadəcə kod əlavə etmək deyil, saytınızın kimə aid olduğunu, nə təklif etdiyini və hansı sahədə fəaliyyət göstərdiyini daha dəqiq izah etməkdir.

Schema və structured data nədir?

Schema — saytınızdakı məlumatları axtarış motorlarına daha aydın formada izah etmək üçün istifadə olunan standart işarələmə sistemidir. Structured data isə həmin məlumatların strukturlaşdırılmış formada təqdim edilməsidir.

Sadə dillə desək, saytınızda belə bir cümlə ola bilər:

“Emil Gasarayev SEO və frontend sahəsində xidmətlər göstərir.”

İnsan bunu oxuyub başa düşür. Amma Google və süni intellekt sistemləri bu məlumatı daha dəqiq anlamaq üçün əlavə siqnallara ehtiyac duya bilər. Schema həmin siqnalları verir.

Məsələn, schema vasitəsilə sistemlərə bunları bildirmək mümkündür:

  • bu sayt kimə və ya hansı şirkətə aiddir;
  • əsas xidmət sahəsi nədir;
  • rəsmi sayt linki hansıdır;
  • əlaqə məlumatları hansılardır;
  • hansı sosial profillərlə bağlıdır;
  • hansı mövzular üzrə kontent yayımlayır;
  • hansı lokal əraziyə xidmət edir.

Bu, SEO optimizasiya prosesinin texniki tərəflərindən biridir. SEO-nun ümumi məntiqini daha sadə formada izah etdiyim SEO optimizasiya yazısında da əsas məqsədin Google-a və istifadəçiyə səhifəni daha aydın təqdim etmək olduğunu qeyd etmişəm.

Schema da bu prosesin daha texniki, amma çox vacib hissəsidir.

Süni intellekt saytımızı necə başa düşür?

Süni intellekt sistemləri internetdəki məlumatları analiz edərkən sadəcə bir səhifənin içindəki sözlərə baxmır. Onlar həmin məlumatların bir-biri ilə əlaqəsini də başa düşməyə çalışır.

Məsələn, bir sayt haqqında bu suallara cavab axtarılır:

  • Bu sayt hansı şirkətə və ya şəxsə aiddir?
  • Sayt hansı mövzular üzrə etibarlı məlumat verir?
  • Burada göstərilən xidmətlər hansılardır?
  • Bu biznes hansı ölkə, şəhər və ya bazarla əlaqəlidir?
  • Digər platformalarda bu sayt və ya brand haqqında məlumat varmı?
  • Saytdakı məlumatlar başqa mənbələrlə uyğun gəlirmi?

Əgər saytınızda bu məlumatlar qarışıq, natamam və ya aydın olmayan formada verilibsə, süni intellekt sistemləri sizi düzgün tanımaya bilər. Bu o demək deyil ki, saytınız ümumiyyətlə görünməyəcək. Amma sistemlərin sizi doğru kateqoriyada başa düşməsi çətinləşə bilər.

Məsələn, bir şirkət həm SEO xidməti, həm sayt hazırlanması, həm də frontend development haqqında yazırsa, bu məlumatlar düzgün strukturlaşdırılmalıdır. Əks halda sistemlər şirkətin əsas fəaliyyət sahəsini tam aydın anlamaya bilər.

Schema və structured data burada “izah xəritəsi” kimi işləyir. Saytın içində olan məlumatı daha sistemli formada təqdim edir. Bu da həm Google-un, həm də süni intellekt əsaslı axtarış sistemlərinin səhifəni daha yaxşı başa düşməsinə kömək edə bilər.

Süni intellektə şirkətimizi tanıtmaq

Məncə bu mövzunun ən vacib hissəsi buradır. Schema-nı sadəcə Google-da ulduz, FAQ və ya breadcrumb çıxarmaq üçün düşünmək düzgün deyil. Bu, daha geniş məsələdir.

Schema şirkət haqqında məlumatları daha aydın formada təqdim etməyə kömək edir. Süni intellekt sistemi saytınızı analiz edəndə aşağıdakı məlumatları daha rahat başa düşə bilər:

  • şirkətin və ya şəxsin adı;
  • rəsmi sayt ünvanı;
  • logo;
  • əsas xidmətlər;
  • fəaliyyət sahəsi;
  • əlaqə məlumatları;
  • sosial media profilləri;
  • lokasiya və ya xidmət göstərilən ərazi;
  • saytın əsas səhifələri;
  • məqalələrin mövzusu;
  • müəllif məlumatları.

Məsələn, bir saytın ana səhifəsində “SEO xidməti göstəririk” yazılması faydalıdır. Amma structured data ilə sistemə bu məlumatı daha dəqiq bildirmək mümkündür: bu bir xidmət səhifəsidir, xidmətin adı SEO-dur, xidmət müəyyən bir şəxs və ya şirkət tərəfindən təqdim olunur, saytın rəsmi linki budur, əlaqəli sosial profillər bunlardır.

Bu, süni intellektin şirkətinizi daha düzgün tanıması üçün vacib ola bilər. Çünki süni intellekt cavab hazırlayarkən müxtəlif mənbələrdən gələn məlumatları birləşdirir. Əgər sizin saytınızda məlumatlar strukturlaşdırılmış və ardıcıl formadadırsa, bu, sistemlər üçün daha anlaşıqlı olur.

Burada on-page SEO ilə schema bir-birini tamamlayır. Çünki səhifə daxilində başlıqlar, kontent strukturu, daxili linklər, meta məlumatlar və schema birlikdə işləyəndə sayt daha aydın görünür. Bu mövzunu daha geniş izah etdiyim on-page SEO məqaləsi schema-nın saytdaxili optimizasiya ilə əlaqəsini başa düşmək üçün faydalıdır.

Əsas fikir budur: süni intellektə saytınızı tanıtmaq üçün yalnız çoxlu məqalə yazmaq kifayət deyil. Saytdakı məlumatların düzgün strukturda verilməsi də vacibdir.

Local SEO üçün schema niyə vacibdir?

Local SEO-da əsas məqsəd biznesin müəyyən bir şəhər, ölkə və ya xidmət ərazisi ilə əlaqəsini Google-a və istifadəçiyə aydın göstərməkdir.

Məsələn, bir mebel mağazası Bakıda fəaliyyət göstərirsə, Google və süni intellekt sistemləri bunu başa düşməlidir:

  • biznesin adı nədir;
  • harada yerləşir;
  • hansı məhsul və ya xidmətləri təklif edir;
  • hansı auditoriyaya xidmət edir;
  • rəsmi sayt hansıdır;
  • əlaqə məlumatları doğrudurmu;
  • bu biznes haqqında başqa mənbələrdə də məlumat varmı.

Schema bu məlumatları daha aydın təqdim etməyə kömək edir. LocalBusiness schema, Organization schema və Service schema kimi işarələmələr biznes haqqında əsas məlumatların strukturlaşdırılmasına imkan verir.

Məsələn, local biznes üçün bu məlumatlar önəmli ola bilər:

  • biznes adı;
  • ünvan;
  • telefon nömrəsi;
  • iş saatları;
  • xidmət göstərilən ərazi;
  • xəritə məlumatı;
  • sosial media profilləri;
  • xidmət və məhsul kateqoriyaları;
  • rəsmi sayt linki.

Burada diqqətli olmaq lazımdır. Əgər biznesin real fiziki ünvanı yoxdursa, sadəcə lokal görünmək üçün saxta ünvan əlavə etmək düzgün deyil. Schema real və səhifədə görünən məlumatları dəstəkləməlidir.

Local SEO-da real təcrübə baxımından bunu daha yaxşı başa düşmək üçün Casa d’Arte layihəsində SEO optimizasiya işləri səhifəsinə baxmaq olar. Lokal bazarda görünürlük qazanmaq üçün kontent, texniki SEO, səhifə strukturu və biznes məlumatlarının düzgün təqdim olunması birlikdə işləməlidir.

Rich results nədir və niyə önəmlidir?

Rich results Google nəticələrində adi mavi linkdən daha zəngin görünən nəticələrdir. Məsələn, nəticədə əlavə olaraq bunlar görünə bilər:

  • ulduz reytinqlər;
  • FAQ sual-cavabları;
  • breadcrumb strukturu;
  • məhsul qiyməti;
  • stok vəziyyəti;
  • tədbir məlumatları;
  • şəkillər;
  • review məlumatları.

Schema düzgün tətbiq edildikdə səhifə rich results üçün uyğun ola bilər. Bu, o demək deyil ki, Google mütləq həmin nəticəni zəngin formada göstərəcək. Amma schema olmadan bu imkan daha zəif olur.

Rich results niyə vacibdir?

Çünki istifadəçi Google-da axtarış edəndə daha detallı və vizual olaraq fərqlənən nəticələrə daha çox diqqət edir. Əgər sizin nəticənizdə əlavə məlumatlar görünürsə, istifadəçinin klik etmə ehtimalı arta bilər.

Məsələn, iki nəticə düşünək:

Birinci nəticə sadəcə title və description göstərir.
İkinci nəticədə isə FAQ, breadcrumb və reytinq görünür.

Çox vaxt istifadəçi ikinci nəticəyə daha çox güvənir. Çünki axtarış nəticəsində daha çox məlumat görür.

Bu səbəbdən schema yalnız texniki SEO elementi deyil, həm də saytın istifadəçi qarşısında daha peşəkar görünməsinə kömək edən bir hissədir. Ümumiyyətlə, texniki quruluşu düzgün olan SEO-friendly sayt hazırlanması prosesində schema, sürət, mobil uyğunluq, başlıq strukturu və daxili linklər birlikdə düşünülməlidir.

Frontend və SEO komandası schema-da necə birlikdə işləməlidir?

Schema tətbiqi yalnız SEO mütəxəssisinin işi deyil. Burada SEO və frontend tərəfi birlikdə işləməlidir.

SEO mütəxəssisi hansı məlumatların strukturlaşdırılmalı olduğunu müəyyən edir. Məsələn, biznes adı, xidmətlər, FAQ, məqalə müəllifi, məhsul məlumatları və ya lokal biznes məlumatları.

Frontend developer isə həmin məlumatların sayta texniki olaraq düzgün əlavə olunmasını təmin edir. Ən çox istifadə olunan format JSON-LD-dir. Bu format istifadəçiyə görünmür, amma Google və digər sistemlər tərəfindən oxuna bilir.

Burada əsas problem çox vaxt belə olur: SEO tərəfi schema-nın vacibliyini bilir, amma texniki tətbiqi frontend tərəfi etməlidir. Frontend tərəfi isə hansı schema-nın hansı səhifəyə uyğun olduğunu bilməyə bilər.

Ona görə yaxşı nəticə üçün iki tərəf birlikdə işləməlidir. SEO mütəxəssisi struktur və məlumatları hazırlayır, frontend tərəfi isə bunu sayta düzgün yerləşdirir. Bu əməkdaşlıq saytın həm istifadəçi, həm Google, həm də süni intellekt sistemləri üçün daha aydın olmasına kömək edir.

Schema ranking faktorudurmu?

Schema birbaşa ranking faktoru deyil. Yəni sadəcə schema əlavə etdiyiniz üçün Google sizi avtomatik olaraq birinci yerə çıxarmayacaq.

Amma bu o demək deyil ki, schema vacib deyil.

Schema saytın daha yaxşı başa düşülməsinə kömək edir. Bu isə dolayı yolla SEO performansına təsir edə bilər. Məsələn:

  • Google səhifənin mövzusunu daha rahat anlayır;
  • səhifə rich results üçün uyğun ola bilər;
  • nəticə daha diqqətçəkən görünə bilər;
  • kliklənmə faizi arta bilər;
  • lokal biznes məlumatları daha ardıcıl təqdim oluna bilər;
  • süni intellekt sistemləri şirkət və sayt haqqında daha aydın siqnallar ala bilər.

Burada əsas məsələ schema-nı “ranking hiyləsi” kimi yox, “anlaşılma və görünürlük siqnalı” kimi düşünməkdir.

Süni intellekt dövründə bu daha da önəmlidir. Çünki artıq məqsəd yalnız Google botunun səhifəni crawl etməsi deyil. Məqsəd həm də müxtəlif sistemlərin saytınızı düzgün kontekstdə tanımasıdır.

Schema tətbiq edərkən nələrə diqqət etmək lazımdır?

Schema tətbiq edərkən ən vacib prinsip budur: schema-da verilən məlumat səhifədəki real məlumatla uyğun olmalıdır.

Yəni səhifədə olmayan, istifadəçiyə göstərilməyən və ya real olmayan məlumatları schema ilə əlavə etmək düzgün deyil.

Məsələn:

  • səhifədə review yoxdursa, fake review schema əlavə etmək olmaz;
  • real ünvan yoxdursa, local SEO üçün saxta ünvan yazmaq olmaz;
  • göstərilməyən xidməti schema ilə əlavə etmək düzgün deyil;
  • səhifədə olmayan FAQ-ları yalnız schema üçün yaratmaq doğru yanaşma deyil.

Schema tətbiqində diqqət edilməli əsas məqamlar:

  1. Məlumatlar real olmalıdır.
  2. Səhifədə görünən kontentlə uyğun olmalıdır.
  3. Biznes adı, telefon və ünvan bütün platformalarda eyni yazılmalıdır.
  4. Hər səhifəyə uyğun schema seçilməlidir.
  5. Article səhifəsinə Article schema, lokal biznes səhifəsinə LocalBusiness və ya Organization schema, FAQ olan səhifəyə FAQPage schema əlavə olunmalıdır.
  6. Schema əlavə edildikdən sonra test edilməlidir.

Yoxlama üçün istifadə edilə biləcək əsas alətlər:

  • Google Rich Results Test;
  • Schema.org Validator;
  • Google Search Console.

Bu alətlər schema-da error və warning varsa göstərir. Error-lar mütləq düzəldilməlidir. Warning-lər isə bəzən kritik olmaya bilər, amma yenə də yoxlanmalıdır.

Schema, citation və şirkət tanınması arasında əlaqə

Süni intellektin bir şirkəti tanıması üçün yalnız sayt daxilində schema olması kifayət etməyə bilər. Bununla yanaşı, internetdə həmin şirkət haqqında ardıcıl və etibarlı məlumatların olması da vacibdir.

Burada citation anlayışı ortaya çıxır.

Citation — şirkətin adının, sayt linkinin, əlaqə məlumatlarının və ya brand məlumatlarının başqa saytlarda qeyd olunmasıdır. Bu directory saytlarında, məqalələrdə, profil səhifələrində, review səhifələrində və ya lokal platformalarda ola bilər.

Schema isə bu məlumatları sizin öz saytınızda strukturlaşdırır.

Yəni ikisi birlikdə daha güclü işləyə bilər:

  • Citation başqa saytlarda şirkət haqqında mention yaradır.
  • Schema öz saytınızda şirkət məlumatlarını aydınlaşdırır.
  • Daxili linklər saytın mövzu strukturunu gücləndirir.
  • Keyfiyyətli kontent şirkətin hansı sahədə ekspert olduğunu göstərir.

Süni intellekt sistemləri də çox vaxt bu tip siqnalları birlikdə dəyərləndirməyə çalışır. Əgər bir şirkət haqqında müxtəlif etibarlı mənbələrdə eyni məlumatlar varsa və öz saytında da bu məlumatlar strukturlaşdırılıbsa, sistemlər üçün həmin şirkəti tanımaq daha asan ola bilər.

Bu səbəbdən schema, citation və kontent strategiyası bir-birindən ayrı yox, birlikdə düşünülməlidir.

Nəticə

Schema və structured data artıq sadəcə texniki SEO detalı deyil. Bu, Google-un və süni intellekt sistemlərinin saytınızı, şirkətinizi və xidmətlərinizi daha düzgün başa düşməsi üçün vacib üsullardan biridir.

Bu üsul saytı avtomatik olaraq birinci yerə çıxarmır. Amma sayt haqqında məlumatları daha aydın, sistemli və etibarlı formada təqdim etməyə kömək edir.

Xüsusilə süni intellekt əsaslı axtarışların artdığı dövrdə şirkətlərin özlərini internetdə daha düzgün tanıtması vacibdir. Bunun üçün kontent, citation, daxili linkləmə, texniki SEO və schema birlikdə işləməlidir.

Əsas fikir sadədir: saytınızda olan real məlumatları həm istifadəçi, həm Google, həm də süni intellekt sistemləri üçün daha anlaşıqlı formada təqdim edin.

Tez-tez verilən suallar

Schema nədir?

Schema saytınızdakı məlumatları axtarış motorları və süni intellekt sistemləri üçün daha aydın formada izah edən işarələmə sistemidir. O, şirkət adı, xidmətlər, ünvan, əlaqə məlumatları, məqalə, FAQ və digər məlumatları strukturlaşdırmağa kömək edir.

Structured data nədir?

Structured data səhifədəki məlumatların sistemli formada təqdim edilməsidir. Bu format Google və digər sistemlərə səhifənin nə haqqında olduğunu daha rahat başa düşməyə kömək edir.

Schema süni intellektə saytımı tanıtmağa kömək edirmi?

Bəli, kömək edə bilər. Schema saytınızdakı şirkət, xidmət, lokasiya, əlaqə və kontent məlumatlarını daha aydın formada təqdim edir. Bu da süni intellekt sistemlərinin saytınızı daha düzgün kontekstdə başa düşməsinə yardım edə bilər.

Schema birbaşa ranking faktorudur?

Xeyr, schema birbaşa ranking faktoru deyil. Amma saytın daha yaxşı başa düşülməsi, rich results imkanı, kliklənmə faizinin artması və süni intellekt sistemləri üçün daha aydın məlumat təqdim etməsi baxımından faydalıdır.

Local bizneslər üçün schema niyə vacibdir?

Local bizneslər üçün schema ünvan, telefon, iş saatları, xidmət ərazisi və biznes adı kimi məlumatları daha aydın təqdim edir. Bu, Google və süni intellekt sistemlərinin biznesi düzgün lokasiya və xidmət kontekstində anlamasına kömək edə bilər.

Schema necə yoxlanılır?

Schema Google Rich Results Test, Schema.org Validator və Google Search Console vasitəsilə yoxlanıla bilər. Bu alətlər schema-da səhv və xəbərdarlıqları göstərir, düzəliş etməyə kömək edir.