Keyword Research nədir və necə edilir?

Keyword Research nədir və necə edilir?

SEO üçün kontent hazırlayarkən ilk sual “məqalədə keyword-i neçə dəfə istifadə etməliyəm?” olmamalıdır. Ondan əvvəl istifadəçinin nə axtardığını, hansı ifadələrlə axtardığını və həmin axtarışın arxasında hansı məqsədin dayandığını anlamaq lazımdır. Yanlış keyword seçildikdə yaxşı yazılmış məqalə belə biznes üçün lazım olan auditoriyanı gətirməyə bilər.

Bəs keyword research nədir və praktik olaraq necə aparılır? Keyword research istifadəçilərin axtarış sistemlərində hansı sorğulardan istifadə etdiyini araşdırmaq, bu sorğuların search intent, mövzu, tələb və rəqabət xüsusiyyətlərini analiz etmək və uyğun səhifələrlə əlaqələndirmək prosesidir.

Bu proses ümumi SEO strategiyasının başlanğıc mərhələlərindən biridir. Keyword müəyyən edildikdən sonra həmin sorğuya uyğun səhifə tipi, kontent strukturu və on-page elementləri planlamaq mümkündür.

Keyword research nədir?

Keyword research insanların Google və digər axtarış sistemlərində istifadə etdiyi söz və ifadələri araşdıraraq sayt üçün uyğun axtarış mövzularını müəyyənləşdirmək prosesidir.

Burada “keyword” dedikdə həmişə bir söz nəzərdə tutulmur. Axtarış sorğusu bir neçə sözdən də ibarət ola bilər:

  • seo
  • seo nədir
  • seo xidməti
  • seo xidməti qiyməti
  • sayt üçün seo necə edilir
  • bakıda seo mütəxəssisi

Bu ifadələrin hamısı SEO ilə əlaqəlidir, amma istifadəçinin məqsədi eyni deyil. “SEO nədir” yazan şəxs böyük ehtimalla mövzunu öyrənmək istəyir. “SEO xidməti” axtaran istifadəçi isə xidmət almağa daha yaxın ola bilər.

Keyword research-in əsas işi bu fərqi görməkdir.

Keyword research niyə vacibdir?

Keyword araşdırması edilmədən kontent hazırlayanda mövzunu öz düşündüyümüz formada yaza bilərik, amma istifadəçilərin həmin mövzunu necə axtardığını nəzərə almaya bilərik.

Məsələn, biznes saytında yeni xidmət səhifəsi yaradılır və səhifənin H1-i belə yazılır:

Rəqəmsal Görünürlük Həllərimiz

Marketinq baxımından bu ifadə yaxşı səslənə bilər. Amma xidmət əslində SEO xidmətidirsə, istifadəçinin nə axtardığı ilə səhifənin necə təqdim edildiyi arasında fərq yaranır.

Keyword research bizə istifadəçinin dilini anlamağa kömək edir. Bundan sonra həmin məlumat səhifənin H1-i, title-ı, URL-i və kontent strukturu hazırlanarkən istifadə edilə bilər. Bu elementlərin səhifə daxilində necə birləşdirilməsi artıq on-page SEO optimizasiyasının bir hissəsidir.

Keyword ilə search query eyni şeydir?

SEO işində bu iki ifadə çox vaxt bir-birinin yerinə istifadə olunur, amma onları ayırmaq faydalıdır.

Search query istifadəçinin Google-a real olaraq yazdığı sorğudur.

Məsələn:

seo xidmeti nece olur

Keyword isə bizim SEO strategiyasında hədəflədiyimiz və ya analiz etdiyimiz ifadə ola bilər:

SEO xidməti

Real istifadəçilər eyni mövzunu onlarla fərqli formada axtara bilər. Buna görə hər query üçün ayrıca səhifə yaratmağa ehtiyac yoxdur. Əsas məsələ semantik olaraq eyni məqsədi daşıyan sorğuları müəyyənləşdirməkdir.

Google Search Console-un Performance və Insights məlumatlarında sayta trafik və görünürlük gətirən real query-ləri görmək mümkündür. Google-un öz sənədlərinə görə Insights hesabatındakı “Queries leading to your site” hissəsi istifadəçilərin saytı hansı axtarış ifadələri ilə tapdığını göstərir və yeni və ya təkmilləşdirilə biləcək kontent imkanlarını müəyyənləşdirməyə kömək edə bilər.

Search intent nədir?

Keyword research zamanı yalnız axtarış həcminə baxmaq kifayət deyil. İstifadçinin həmin keyword-i niyə axtardığını da başa düşmək lazımdır. Buna search intent, yəni axtarış niyyəti deyilir.

Praktik SEO işində intent-i bir neçə əsas qrupa ayırmaq mümkündür.

Informational intent

İstifadəçi məlumat öyrənmək istəyir.

Məsələn:

  • seo nədir
  • canonical tag nədir
  • javascript nədir
  • keyword research necə edilir

Belə sorğular üçün ətraflı blog və guide formatı uyğun ola bilər.

Commercial investigation

İstifadəçi seçim etməyə hazırlaşır və variantları araşdırır.

Məsələn:

  • ən yaxşı seo alətləri
  • ahrefs vs semrush
  • wordpress yoxsa next js
  • seo mütəxəssisi seçimi

Burada müqayisə, review və seçimə kömək edən kontent daha uyğun ola bilər.

Transactional intent

İstifadəçi konkret əməliyyat etməyə daha yaxındır.

Məsələn:

  • seo xidməti
  • veb sayt sifarişi
  • seo audit sifariş et

Bu keyword-lər üçün informational blog əvəzinə service və landing page daha uyğun ola bilər.

Navigational intent

İstifadəçi konkret sayt, platforma və ya brand axtarır.

Məsələn:

  • Google Search Console
  • Ahrefs login
  • Semrush
  • Emil Gasarayev

Keyword seçərkən intent düzgün müəyyən edilməzsə, səhifə yaxşı optimizasiya olunsa belə yanlış formatda hazırlanmış ola bilər.

Search intent necə müəyyən edilir?

Search intent-i yalnız keyword-in sözlərinə baxaraq təxmin etmək həmişə kifayət etmir. Ən praktik üsullardan biri həmin keyword üzrə hazırda Google nəticələrində hansı tip səhifələrin göründüyünə baxmaqdır.

Tutaq ki, target keyword:

seo xidməti

Google nəticələrinin böyük hissəsi service və agency səhifələridirsə, həmin keyword üçün 3000 sözlük “SEO xidməti nədir?” blogu hazırlamaq ideal seçim olmaya bilər.

Başqa keyword:

seo nədir

Nəticələrin əsas hissəsi guide və informational məqalələrdirsə, burada blog formatı daha məntiqlidir.

Yəni keyword research zamanı sadəcə tool-dan keyword export etmək əvəzinə SERP-i də yoxlamaq lazımdır.

Praktik olaraq özünüzə üç sual verə bilərsiniz:

  1. Google bu sorğu üçün hansı səhifə tipini göstərir?
  2. İlk nəticələr hansı suallara cavab verir?
  3. İstifadəçi məlumat axtarır, müqayisə edir, yoxsa xidmət almaq istəyir?

Bu üç sual çox vaxt keyword-in hansı səhifəyə aid olduğunu daha aydın göstərir.

Seed keyword nədir?

Keyword research adətən geniş bir başlanğıc ifadə ilə başlayır. Buna seed keyword deyilir.

Məsələn, SEO xidməti göstərən sayt üçün seed keyword-lər belə ola bilər:

  • SEO
  • SEO xidməti
  • SEO audit
  • technical SEO
  • backlink
  • keyword research

Sonra bu ifadələrdən daha spesifik keyword-lər tapılır:

SEO

SEO xidməti

SEO xidməti Bakı

SEO xidməti qiyməti

Eyni proses başqa bizneslərdə də tətbiq edilə bilər.

Məsələn, florist üçün:

flowers

flower delivery

same day flower delivery

same day flower delivery Toronto

Seed keyword son target olmaq məcburiyyətində deyil. O, araşdırmanın başlanğıc nöqtəsidir.

Keyword ideyalarını haradan tapmaq olar?

Keyword research üçün yalnız bir alətə bağlı qalmaq lazım deyil. Müxtəlif mənbələr fərqli məlumat verir və onları birlikdə istifadə etmək daha sağlam nəticə yaradır.

Google Search Console

Əgər sayt artıq trafik və impression alırsa, ilk baxılacaq yerlərdən biri Search Console-dur. Burada saytın hansı real query-lərdə göründüyünü görə bilərsiniz.

Məsələn, səhifə technical seo üçün optimizasiya edilib, amma Search Console-da aşağıdakı query-lər də impression gətirir:

Bu məlumat mövcud kontenti genişləndirmək və ya yeni səhifə fürsətlərini müəyyənləşdirmək üçün istifadə oluna bilər.

Google-un Performance report sənədləri də query məlumatlarının saytın hansı axtarışlardan trafik aldığını və SEO-nun necə yaxşılaşdırıla biləcəyini anlamağa kömək etdiyini göstərir.

Google Keyword Planner

Google Keyword Planner yeni keyword ideyaları tapmaq və təxmini aylıq search volume məlumatına baxmaq üçün istifadə edilə bilər. Google-un rəsmi sənədlərinə görə alət məhsul, xidmət və ya saytla əlaqəli yeni keyword ideyaları göstərə və aylıq axtarış sayı üzrə təxminlər təqdim edə bilir.

Burada vacib detal budur ki, Keyword Planner ilk növbədə Google Ads alətidir. Ona görə oradakı bütün metrikləri birbaşa organic SEO qərarı kimi qəbul etmək düzgün deyil.

Google Trends

Google Trends keyword-in zamanla marağının necə dəyişdiyini müqayisə etmək üçün faydalıdır. Xüsusilə mövsümi və trend əsaslı mövzularda yalnız aylıq volume rəqəminə baxmaq əvəzinə axtarış marağının istiqamətini görmək mümkündür.

Google Trends-də search term konkret yazılmış ifadəni, topic isə eyni konseptlə əlaqəli müxtəlif axtarışları qruplaşdıran daha geniş anlayışı ifadə edir. Bu fərq müqayisə apararkən vacibdir.

Ahrefs və Semrush

Ahrefs və Semrush keyword ideyaları, estimated search volume, keyword difficulty, competitor keywords və SERP analizi üçün praktik alətlərdir.

Amma buradakı volume və difficulty göstəricilərini dəqiq Google rəqəmi kimi qəbul etmək olmaz. Bunlar üçüncü tərəf alətlərinin öz data və metodologiyasına əsaslanan göstəriciləridir.

Ona görə qərar verərkən təkcə “KD 12-dir, bunu yazaq” yanaşması kifayət deyil.

Search volume nədir?

Search volume müəyyən keyword-in seçilmiş müddət ərzində təxminən neçə dəfə axtarıldığını göstərən metrikdir. SEO alətlərində adətən aylıq orta göstərici kimi təqdim olunur.

Məsələn:

seo — yüksək volume
technical seo audit necə edilir — daha aşağı volume

Bu, avtomatik olaraq birinci keyword-in daha yaxşı seçim olduğu demək deyil.

Yüksək volume keyword:

  • çox geniş ola bilər;
  • daha rəqabətli ola bilər;
  • istifadəçinin məqsədi qeyri-müəyyən ola bilər;
  • biznes üçün zəif conversion intent daşıya bilər.

Daha aşağı volume long-tail keyword isə daha konkret istifadəçi ehtiyacına cavab verə bilər.

Bu səbəbdən keyword-i yalnız volume-a görə seçmək düzgün deyil.

Keyword Difficulty nədir?

Keyword Difficulty və ya KD müəyyən keyword üzrə organic nəticələrdə rəqabətin nə qədər güclü ola biləcəyini qiymətləndirmək üçün SEO alətləri tərəfindən yaradılan metrikdir.

Burada vacib məsələ odur ki, KD Google metriyi deyil.

Ahrefs və Semrush kimi platformaların öz hesablama metodları var. Eyni keyword bir alətdə KD 20, digərində 35 görünə bilər.

KD research üçün faydalıdır, amma qərarın özü olmamalıdır.

Keyword seçərkən bunları birlikdə yoxlamaq daha düzgündür:

  • search intent;
  • SERP-dəki real rəqiblər;
  • saytın mövzu üzrə mövcud authority-si;
  • content quality;
  • backlink profili;
  • target səhifənin tipi;
  • biznes dəyəri.

Bəzən KD aşağı olsa da, SERP həmin sayt üçün uyğun olmaya bilər. Bəzən isə KD yüksək keyword uzunmüddətli biznes dəyərinə görə yenə prioritet ola bilər.

Long-tail keyword nədir?

Long-tail keyword daha spesifik və adətən daha dar axtarış niyyətinə sahib sorğudur. Onu yalnız “çox sözdən ibarət keyword” kimi başa düşmək düzgün deyil; əsas xüsusiyyət daha konkret ehtiyacı ifadə etməsidir.

Məsələn:

Geniş:
seo

Daha konkret:
seo xidməti

Long-tail:
kiçik biznes üçün seo xidməti

Başqa nümunə:

Geniş:
flowers

Daha konkret:
flower delivery

Long-tail:
same day flower delivery in Toronto

Long-tail keyword-lər xüsusilə yeni və ya topical authority-si hələ zəif olan sayt üçün yaxşı başlanğıc nöqtəsi ola bilər. Amma bütün strategiyanı yalnız aşağı volume long-tail ifadələr üzərində qurmaq da lazım deyil.

Məqsəd geniş və spesifik mövzular arasında düzgün struktur yaratmaqdır.

Primary və secondary keyword necə seçilir?

Bir səhifədə yüzlərlə keyword ola bilər, amma kontent hazırlayarkən əsas mövzunu müəyyən edən bir primary keyword seçmək işi daha sistemli edir.

Məsələn, bu məqalədə:

Primary keyword:
keyword research nədir

Əlaqəli secondary keyword-lər:

  • keyword research
  • açar söz araşdırması
  • keyword analizi
  • search intent
  • long-tail keyword
  • keyword mapping

Secondary keyword-lərin hamısını mətnə məcburi şəkildə müəyyən sayda yerləşdirmək lazım deyil. Onlar əsas mövzunun semantik olaraq hansı istiqamətlərə genişləndiyini göstərir.

Əsas məqsəd istifadəçinin mövzu haqqında ehtiyac duyduğu sualları cavablandırmaqdır.

Keyword clustering nədir?

Research zamanı yüzlərlə keyword toplandıqda onları ayrı-ayrılıqda səhifəyə çevirmək olmaz. Eyni search intent və mövzunu paylaşan keyword-ləri qruplaşdırmaq lazımdır. Buna keyword clustering deyilir.

Məsələn:

  • keyword research nədir
  • keyword research necə edilir
  • açar söz araşdırması
  • seo keyword analizi

Bu ifadələr üçün dörd ayrı məqalə yaratmaq əvəzinə bir güclü səhifə hazırlamaq daha məntiqli ola bilər.

Amma:

  • keyword research nədir
  • google keyword planner necə istifadə olunur

bir-biri ilə əlaqəli olsa da, ikinci sorğu kifayət qədər spesifik alət intent-i daşıdığı üçün ayrıca guide ola bilər.

Clustering zamanı yalnız sözlərin oxşarlığına yox, SERP və search intent oxşarlığına da baxmaq lazımdır.

Keyword mapping nədir?

Keyword mapping seçilmiş keyword cluster-larının saytın uyğun URL-lərinə bölüşdürülməsidir.

Sadə nümunə:

Keyword clusterUyğun səhifə
SEO nədir/blog/seo-nedir
On-page SEO/blog/on-page-seo-nedir
Keyword research/blog/keyword-research-nedir
SEO xidmətiService page
Emil GasarayevHomepage / About

Bu mərhələ çox vacibdir, çünki keyword research yalnız Excel və ya Sheets daxilində qalan siyahı olmamalıdır. Hər prioritet cluster-in saytda harada istifadə olunacağı müəyyən edilməlidir.

EmilGasarayev.com-un portfolio layihələrində də keyword research ayrıca iş kimi yox, metadata, heading strukturu, internal linking, technical SEO və content optimizasiyası ilə birlikdə göstərilir. Məsələn, CasaDarte və Shaftali layihələrinin təsvirində keyword research digər on-page və technical işlərlə əlaqəli şəkildə təqdim olunur.

Keyword cannibalization nədir?

Eyni və ya çox yaxın search intent üçün saytda bir neçə səhifə yaradıldıqda onlar bir-biri ilə rəqabət edə bilər. Bu vəziyyət çox vaxt keyword cannibalization adlandırılır.

Məsələn:

/blog/seo-nedir

/blog/seo-haqqinda

/blog/seo-nece-isleyir

Əgər bu üç səhifə praktik olaraq eyni suala cavab verirsə, onları ayrı-ayrılıqda saxlamaq əvəzinə bir güclü səhifədə birləşdirmək daha məntiqli ola bilər.

Amma iki səhifənin eyni keyword-də impression alması avtomatik cannibalization problemi demək deyil. Əvvəlcə səhifələrin intent-i, SERP davranışı və ranking vəziyyəti analiz edilməlidir.

Rəqiblərin keyword-lərini necə analiz etmək olar?

Competitor keyword analysis yeni mövzu imkanlarını tapmağın ən praktik yollarından biridir. Burada məqsəd rəqibin bütün keyword-lərini kopyalamaq deyil.

Əvvəlcə real search competitor-ləri müəyyən etmək lazımdır. Biznes rəqibi ilə Google rəqibi həmişə eyni olmur.

Məsələn, SEO xidməti göstərən iki şirkət biznes baxımından rəqib ola bilər. Amma “SEO nədir” sorğusunda Google-da onların qarşısına informational sayt, böyük marketinq platforması və ya təhsil saytı çıxa bilər.

Competitor analysis zamanı aşağıdakılara baxmaq olar:

  • rəqib hansı keyword-lərdə görünür;
  • hansı səhifələr ən çox organic traffic alır;
  • bizim saytda olmayan hansı mövzular var;
  • eyni keyword üçün hansı content format istifadə olunur;
  • rəqibin hansı cluster-larda topical coverage-i daha güclüdür;
  • hansı keyword-lər biznesimiz üçün həqiqətən uyğundur.

Bunun nəticəsində content gap müəyyən etmək mümkündür.

Content gap nədir?

Content gap rəqiblərin və ya istifadəçilərin axtardığı, amma sizin saytda hələ kifayət qədər əhatə olunmayan mövzudur.

Məsələn, SEO saytı artıq bunları əhatə edir:

  • SEO nədir;
  • On-page SEO;
  • Technical SEO;
  • Off-page SEO.

Amma ayrıca keyword research, internal linking və SEO audit mövzuları yoxdursa, bunlar gələcək content cluster üçün gap ola bilər.

Content gap tapmaq “rəqib yazıb, mən də yazım” demək deyil. Mövzunun saytın ümumi istiqamətinə, istifadəçiyə və biznes məqsədinə uyğunluğu ayrıca qiymətləndirilməlidir.

Mövcud sayt üçün keyword research necə edilir?

Sıfırdan qurulan saytla artıq organic data toplayan saytın keyword research prosesi eyni olmamalıdır.

Mövcud sayt üçün praktik ardıcıllıq belə qurula bilər:

  1. Google Search Console datasını çıxarın. Hansı query və səhifələrin artıq impression və click aldığını görün.
  2. Mövcud səhifələri siyahıya alın. Hər URL-in hazırda hansı mövzunu hədəflədiyini müəyyən edin.
  3. Ranking query-ləri səhifələrlə müqayisə edin. Google səhifəni hansı mövzuda görür, sizin hədəfiniz nədir?
  4. Content gap tapın. Saytda olmayan, amma biznes üçün uyğun cluster-ları müəyyən edin.
  5. Competitor gap analiz edin. Rəqiblərin əhatə etdiyi, sizin isə hələ əhatə etmədiyiniz mövzulara baxın.
  6. Intent üzrə qruplaşdırın. Informational və commercial keyword-ləri eyni səhifəyə məcburi yerləşdirməyin.
  7. Keyword mapping hazırlayın. Hər cluster üçün mövcud və ya yeni target URL müəyyən edin.
  8. Prioritet verin. Biznes dəyəri, mövcud mövqe, intent, rəqabət və resurs tələbini birlikdə qiymətləndirin.

Bu prosesdən sonra hansı səhifənin yenilənəcəyi, hansı yeni səhifənin yaradılacağı və hansı mövzunun ümumiyyətlə lazım olmadığı daha aydın görünür.

Yeni sayt üçün keyword research necə edilir?

Yeni saytda Search Console datası olmadığı üçün proses seed keyword, rəqib və SERP research-dən daha çox asılı olur.

Burada belə ardıcıllıq istifadə etmək olar:

  1. Biznesin əsas xidmət və məhsullarını müəyyən edin.
  2. Hər xidmət üçün seed keyword-lər hazırlayın.
  3. Keyword alətlərindən əlaqəli sorğuları çıxarın.
  4. SERP-i yoxlayaraq search intent-i müəyyən edin.
  5. Keyword-ləri topic və intent üzrə cluster-layın.
  6. Service, category və blog keyword-lərini ayırın.
  7. Sayt strukturunu cluster-lara əsasən planlayın.
  8. Hər əsas URL üçün primary mövzu müəyyən edin.
  9. Internal linking əlaqələrini əvvəlcədən düşünün.
  10. Prioritet səhifələrdən başlayaraq kontent hazırlayın.

Bu yanaşma xüsusilə veb sayt hazırlanması prosesində faydalıdır. SEO tələbləri development bitəndən sonra əlavə olunmaq əvəzinə səhifə strukturu qurularkən nəzərə alındıqda URL, navigation və kontent arxitekturasını daha sistemli planlamaq mümkündür.

Keyword seçərkən hansı metriklərə baxmaq lazımdır?

Keyword research zamanı bir neçə göstəricini birlikdə qiymətləndirmək lazımdır:

  • Search intent — istifadəçi nə istəyir?
  • Relevance — mövzu biznes və saytla əlaqəlidirmi?
  • Search volume — təxmini axtarış tələbi varmı?
  • Competition / KD — SERP-də rəqabət hansı səviyyədədir?
  • Business value — bu trafik biznes üçün nə qədər faydalıdır?
  • Current ranking — sayt artıq həmin mövzuda görünürmü?
  • SERP type — hansı səhifə formatları rank alır?
  • Trend — axtarış marağı artır, azalır, yoxsa mövsümidir?

Bu göstəricilərdən birini təkbaşına qərar mexanizminə çevirmək olmaz.

Məsələn, 10.000 volume olan ümumi keyword biznes üçün demək olar ki, dəyərsiz ola bilər. 100 volume olan daha spesifik commercial keyword isə potensial müştəriyə daha yaxın ola bilər.

Keyword research zamanı ən çox edilən səhvlər

Yalnız yüksək search volume seçmək

Volume tələbi göstərir, amma intent və biznes dəyərini göstərmir. Yüksək volume həmişə yüksək keyfiyyətli trafik demək deyil.

Tool-dakı KD-ni Google qaydası kimi qəbul etmək

Keyword Difficulty üçüncü tərəf metriyidir. SERP-i yoxlamadan yalnız KD rəqəminə əsasən keyword seçmək düzgün deyil.

Hər keyword üçün ayrıca səhifə yaratmaq

Eyni intent daşıyan kiçik keyword variasiyaları üçün ayrıca səhifələr yaratmaq lazımsız content overlap yarada bilər.

Search intent-i yoxlamamaq

Blog intent-i olan keyword üçün service page, commercial intent olan keyword üçün isə yalnız informational məqalə hazırlamaq səhifə formatını SERP-dən uzaqlaşdıra bilər.

Keyword stuffing etmək

Keyword research-in məqsədi tapılan bütün ifadələri mətnə yerləşdirmək deyil. Google-un öz Search Essentials sənədlərində də istifadəçilərin axtara biləcəyi sözləri nəzərə almaq tövsiyə olunur, amma kontentin əsas məqsədi insanlar üçün faydalı olmaqdır.

Mövcud səhifələri nəzərə almadan yeni kontent yaratmaq

Yeni məqalə hazırlamazdan əvvəl saytın həmin intent üçün artıq səhifəsi olub-olmadığını yoxlamaq lazımdır. Əks halda eyni mövzu üzrə lazımsız səhifələr yarana bilər.

Keyword research-i bir dəfə edib unutmaq

Axtarış davranışı dəyişə bilər. Yeni query-lər yarana, mövcud səhifələr gözlənilməyən keyword-lərdə impression almağa başlaya bilər. Search Console və trend datası periodik olaraq yenidən analiz edilməlidir.

Praktik keyword research nümunəsi

Tutaq ki, yeni bir SEO saytı üçün content plan hazırlayırıq.

Başlanğıc seed keyword:

SEO

Research zamanı belə ifadələr tapılır:

  • SEO nədir
  • SEO xidməti
  • On-page SEO
  • Technical SEO
  • Off-page SEO
  • keyword research
  • backlink nədir
  • SEO audit
  • internal linking
  • Google Search Console

Bunların hamısını bir səhifəyə yerləşdirmək düzgün deyil.

Əvvəlcə intent və mövzuya görə bölürük:

Əsas informational cluster:
SEO nədir

On-page cluster:
On-page SEO, meta title, meta description, internal linking

Technical cluster:
Technical SEO, crawling, indexing, sitemap, robots.txt, canonical

Off-page cluster:
Off-page SEO, backlink, link building, anchor text

Keyword research cluster:
keyword research, search intent, long-tail keyword, keyword mapping

Commercial cluster:
SEO xidməti, SEO audit xidməti

Sonra hər cluster üçün uyğun URL və content type seçilir. Beləliklə keyword siyahısı real sayt arxitekturasına çevrilir.

Keyword research nəticəsi necə prioritetləşdirilməlidir?

Research sonunda 500 keyword tapmaq uğurlu nəticə deyil. Əsas məsələ həmin datadan hansı səhifələrin əvvəl hazırlanacağını müəyyən etməkdir.

Sadə prioritet modeli belə ola bilər:

Yüksək prioritet: bizneslə birbaşa əlaqəli + uyğun intent + real ranking imkanı

Orta prioritet: mövzu authority-si üçün vacib + informational trafik potensialı

Aşağı prioritet: zəif relevance + çox aşağı biznes dəyəri + hazırkı strategiyaya az təsir

Bu yanaşma kontent komandasının sadəcə search volume sırasına görə işləməsinin qarşısını alır.

Keyword research-dən sonra nə etmək lazımdır?

Keyword research yekunlaşdıqdan sonra nəticə sadəcə spreadsheet-də saxlanmamalıdır. Research növbəti SEO mərhələlərinə ötürülməlidir.

Praktik olaraq nəticədə bunlar hazır olmalıdır:

  • keyword cluster-ları;
  • search intent;
  • target URL;
  • primary mövzu;
  • secondary mövzular;
  • content type;
  • prioritet;
  • yeni və ya mövcud səhifə statusu;
  • internal linking imkanları.

Daha sonra səhifənin title, description, H1-H3 strukturu və kontenti hazırlanır. Meta description-un ayrıca necə qurulduğunu meta description bələdçisində izah etmişəm; keyword research həmin elementlərə hansı mövzunun daşınacağını müəyyənləşdirən əvvəlki mərhələdir.

Nəticə

Keyword research nədir sualına qısa cavab versək, keyword research istifadəçilərin nə axtardığını müəyyənləşdirmək və həmin axtarışları uyğun sayt səhifələri ilə əlaqələndirmək prosesidir. Amma yaxşı keyword research sadəcə yüksək volume ifadələrin siyahısını çıxarmaq deyil.

Search intent, relevance, SERP, rəqabət, business value, long-tail imkanları və saytın mövcud strukturu birlikdə qiymətləndirilməlidir. Bundan sonra keyword-lər cluster-lanmalı və uyğun URL-lərə mapping edilməlidir.

Ən vacib məqam isə keyword-i kontentə sonradan əlavə edilən söz kimi görməməkdir. Keyword research sayt strukturunun, səhifə tipinin və kontent planının formalaşmasına kömək etməlidir.

Saytınızda hansı səhifələrin hansı query-ləri hədəfləməli olduğunu müəyyənləşdirmək və mövcud SEO strukturundakı boşluqları tapmaq istəyirsinizsə, SEO və frontend üzrə iş yanaşmamda audit, keyword intent, target səhifələr və content gap əsasında prioritet planın necə qurulduğunu görə bilərsiniz.

Tez-tez verilən suallar

Keyword research nədir?

Keyword research istifadəçilərin axtarış sistemlərində hansı sorğulardan istifadə etdiyini araşdırmaq, həmin sorğuların search intent, mövzu, tələb və rəqabət xüsusiyyətlərini analiz etmək və uyğun sayt səhifələri ilə əlaqələndirmək prosesidir.

Keyword research necə edilir?

Əvvəlcə əsas seed keyword-lər müəyyən edilir, sonra əlaqəli axtarış sorğuları toplanır. Keyword-lər search intent, relevance, volume, rəqabət və biznes dəyərinə görə analiz edilir, cluster-lanır və uyğun URL-lərə mapping edilir.

Search intent nədir?

Search intent istifadəçinin müəyyən axtarışı hansı məqsədlə etdiyini ifadə edir. İstifadəçi məlumat axtara, məhsul və xidmətləri müqayisə edə, konkret əməliyyat etmək və ya müəyyən sayt və brendi tapmaq istəyə bilər.

Search volume nədir?

Search volume müəyyən keyword üçün təxmini axtarış tələbini göstərən metrikdir. Yüksək search volume keyword-in avtomatik olaraq daha yaxşı SEO hədəfi olduğu demək deyil; intent, relevance və biznes dəyəri də nəzərə alınmalıdır.

Keyword Difficulty nədir?

Keyword Difficulty SEO alətlərinin müəyyən keyword üzrə organic rəqabəti qiymətləndirmək üçün yaratdığı üçüncü tərəf metrikidir. KD Google metriyi deyil və keyword seçimi yalnız bu göstəriciyə əsaslanmamalıdır.

Long-tail keyword nədir?

Long-tail keyword daha spesifik və dar axtarış ehtiyacını ifadə edən sorğudur. Bu keyword-lər çox vaxt daha konkret search intent daşıyır və müəyyən istifadəçi ehtiyacına daha dəqiq cavab verməyə imkan yaradır.

Keyword clustering nədir?

Keyword clustering eyni və ya çox yaxın search intent və mövzunu paylaşan keyword-lərin bir qrupda birləşdirilməsidir. Məqsəd hər kiçik keyword variasiyası üçün ayrıca səhifə yaratmaq əvəzinə uyğun sorğuları bir güclü səhifədə əhatə etməkdir.

Keyword mapping nədir?

Keyword mapping keyword cluster-larının saytın uyğun URL-lərinə bölüşdürülməsi prosesidir. Bu proses hansı mövzunun mövcud səhifədə optimizasiya ediləcəyini və hansı mövzu üçün yeni səhifə lazım olduğunu müəyyənləşdirməyə kömək edir.

Keyword research üçün hansı alətlərdən istifadə etmək olar?

Google Search Console, Google Keyword Planner, Google Trends, Ahrefs və Semrush keyword research üçün istifadə edilə bilər. Hər alətin məlumat mənbəyi və metodologiyası fərqli olduğu üçün nəticələri birlikdə qiymətləndirmək daha düzgündür.