Off-page SEO nədir və necə edilir?

Off-page SEO nədir və necə edilir?

SEO işi yalnız saytın daxilində edilən dəyişikliklərdən ibarət deyil. Səhifənin kontenti, title və heading strukturu düzgün ola, sayt texniki baxımdan problemsiz işləyə bilər, amma axtarış sistemləri sayt haqqında yalnız onun öz daxilindəki siqnallara baxmır. Digər saytların sizin məzmununuza necə istinad etməsi və brendin internetdə hansı kontekstdə görünməsi də ümumi SEO mənzərəsinin bir hissəsidir.

Bəs off-page SEO nədir və necə edilir? Off-page SEO saytın özündən kənarda baş verən və onun axtarış görünürlüyü, nüfuzu və internetdəki mövqeyi ilə əlaqəli fəaliyyətləri ifadə edir. Backlink-lər bu sahənin ən çox danışılan hissəsidir, amma düzgün off-page strategiyasını sadəcə mümkün qədər çox link toplamaq kimi başa düşmək olmaz.

Əslində SEO-nun əsas istiqamətləri birlikdə işləyir: on-page tərəfdə səhifənin mövzusu və kontenti qurulur, technical SEO həmin səhifənin axtarış sistemi tərəfindən düzgün işlənməsinə kömək edir, off-page isə sayt xaricində yaranan siqnalları əhatə edir.

Off-page SEO nədir?

Off-page SEO saytın öz domenindən kənarda həyata keçirilən SEO fəaliyyətlərinin ümumi adıdır. Buraya başqa saytlardan gələn backlink-lər, digital PR, brand mention-lar, uyğun publisher-lərlə əməkdaşlıq və məzmunun başqa auditoriyalara çatdırılması kimi fəaliyyətlər daxil ola bilər.

Ən çox diqqət backlink-lərə verilir, çünki linklər internetdə səhifələr arasındakı əlaqəni yaradır. Google da linklərdən hansı səhifələrin faydalı ola biləcəyini anlamaq üçün istifadə etdiyini bildirir. Bununla belə, Google-un mövqeyi aydındır: link ranking-i manipulyasiya etmək üçün yaradılırsa, artıq normal istinaddan yox, link spam riskindən danışırıq.

Ona görə off-page SEO üçün əsas sual “neçə backlink almalıyıq?” olmamalıdır. Daha düzgün sual budur: sayta hansı səhifədən, hansı kontekstdə və hansı səbəbdən link gəlir?

Backlink nədir?

Backlink başqa domen daxilindəki səhifədən sizin saytınızdakı səhifəyə verilən linkdir.

Məsələn, bir marketinq saytı technical SEO haqqında məqalə yayımlayır və həmin məqalədə sizin hazırladığınız faydalı SEO araşdırmasına istinad edir. Həmin keçid sizin səhifəniz üçün backlink hesab olunur.

Sadə formada:

publisher.com/article → sizin-saytiniz.com/page

Backlink istifadəçiyə bir mənbədən digərinə keçməyə imkan verir və eyni zamanda internetdə səhifələr arasında əlaqə yaradır.

Ancaq bütün backlink-lərin eyni dəyərə malik olduğunu düşünmək düzgün deyil. Bir linkin keyfiyyətini qiymətləndirərkən onun gəldiyi sayt, konkret səhifə, mövzu uyğunluğu, yerləşdirildiyi kontekst və linkin yaranma səbəbi birlikdə nəzərə alınmalıdır.

Backlink SEO-ya necə kömək edir?

Yaxşı backlink ilk növbədə real istinad kimi məna daşımalıdır. Başqa bir sayt sizin səhifəni öz auditoriyası üçün faydalı mənbə hesab edib ona keçid verirsə, bu internetin normal link strukturunun bir hissəsidir.

Məsələn, frontend performansı haqqında ətraflı araşdırma hazırlamısınız və başqa bir development blogu öz məqaləsində həmin araşdırmanın bir hissəsinə istinad edir. Link həm oxucuya əlavə mənbə verir, həm də iki əlaqəli səhifə arasında kontekst yaradır.

Problem linkin istifadəçi üçün faydalı istinad olmaqdan çıxıb yalnız ranking manipulyasiyası üçün yaradıldığı zaman başlayır. Google-un spam siyasətində ranking məqsədilə link almaq və satmaq, genişmiqyaslı link exchange, avtomatlaşdırılmış link yaradılması və oxşar sxemlər link spam nümunələri arasında göstərilir.

Deməli, “backlink yaxşıdır” və ya “backlink pisdir” kimi ümumi yanaşma əvəzinə linkin niyə və necə yarandığına baxmaq lazımdır.

Yaxşı backlink necə olmalıdır?

Backlink keyfiyyətini bir metriklə ölçmək mümkün deyil. DR, DA, Authority Score və trafik kimi üçüncü tərəf göstəriciləri saytları müqayisə etməyə kömək edə bilər, amma bunlar Google-un daxili ranking göstəriciləri deyil. Google 5 iyun 2026-da yenilənmiş üçüncü tərəf SEO alətləri ilə bağlı sənədində də belə alətlərin Google-un daxili ranking datasına çıxışı olmadığını və nəticəyə zəmanət verə bilmədiyini xüsusi qeyd edir.

Praktik backlink qiymətləndirilməsində bir neçə siqnala birlikdə baxmaq daha düzgündür:

  • sayt və səhifə sizin mövzu ilə əlaqəlidirmi;
  • publisher-in real və stabil organic görünürlüyü varmı;
  • link məqalənin içində təbii kontekstdə yerləşirmi;
  • həmin səhifənin özü indexlənə bilirmi;
  • sayt yalnız link yerləşdirmək üçün yaradılmış təsiri bağışlayırmı;
  • kontent real oxucu üçün hazırlanıb, yoxsa yalnız link daşıyır;
  • anchor text cümlənin içində təbii görünürmü;
  • publisher-in ümumi outbound link davranışı spam təsiri yaradırmı.

Məsələn, DR 70 olan, amma mövzunuzla heç bir əlaqəsi olmayan və yüzlərlə təsadüfi sponsored məqalə yayımlayan sayt avtomatik olaraq yaxşı backlink mənbəyi deyil. Eyni zamanda daha aşağı üçüncü tərəf metriklərinə malik, amma konkret sahədə real auditoriyası və keyfiyyətli editorial kontenti olan publisher daha məntiqli seçim ola bilər.

Relevance backlink üçün niyə vacibdir?

Topical relevance linkin yerləşdiyi səhifə ilə target səhifənin mövzu baxımından əlaqəsini göstərir.

Tutaq ki, target səhifə technical SEO haqqındadır. Link aşağıdakı məqalədən gəlir:

“JavaScript saytlarında crawling problemləri necə yaranır?”

Bu kontekstdə technical SEO səhifəsinə keçid məntiqlidir, çünki istifadəçi həmin mənbəyə həqiqətən ehtiyac duya bilər.

Amma eyni link tamamilə əlaqəsiz bir mövzuda, məsələn avtomobil təmiri haqqında məqalənin ortasında yerləşdirilibsə, istifadəçi baxımından əlaqə yaranmır.

Bu prinsip internal linking-də də eynidir. Məsələn, saytın on-page SEO optimizasiyası haqqında məqaləsindən meta description və SEO strukturu haqqında səhifələrə keçid məntiqlidir, çünki mövzular bir-birini tamamlayır.

Dofollow və nofollow backlink arasında fərq nədir?

SEO sahəsində linklər çox vaxt “dofollow” və “nofollow” olaraq qruplaşdırılır. Texniki baxımdan adi link üçün ayrıca dofollow atributu yazılmır.

Normal link belə ola bilər:

Example

Nofollow isə belə görünür:

Example

Bundan başqa Google link münasibətini göstərmək üçün sponsored və ugc dəyərlərini də dəstəkləyir. Ödənişli və reklam xarakterli linklər üçün rel="sponsored", forum və comment kimi user-generated content linkləri üçün isə rel="ugc" istifadə edilməsi tövsiyə olunur. Google bildirir ki, paid placement-lərdə nofollow hələ qəbul edilən variantdır, amma sponsored daha uyğun seçimdir.

Bu səbəbdən “yalnız dofollow link SEO üçün faydalıdır” kimi sərt yanaşma off-page strategiyasını həddindən artıq sadələşdirir. Link profilinin necə yarandığı və həmin linklərin real səbəbi daha vacib məsələdir.

Anchor text nədir?

Anchor text linkin istifadəçinin gördüyü kliklənən mətnidir.

Məsələn:

Technical SEO bələdçisi

burada target URL başqa səhifəyə gedirsə, “Technical SEO bələdçisi” anchor text-dir.

Anchor həm istifadəçiyə keçidin hara apardığı barədə məlumat verir, həm də linkin kontekstini formalaşdırır. Buna görə bütün backlink-lərdə eyni exact-match keyword-dən istifadə etməyə çalışmaq təbii görünməyə bilər.

Normal link profilində müxtəlif anchor növləri yarana bilər:

  • brand — Emil Gasarayev;
  • URL — emilgasarayev.com;
  • topical — technical SEO bələdçisi;
  • partial match — saytın technical SEO problemləri;
  • generic — ətraflı məlumat;
  • natural sentence anchor — cümlənin mənasına uyğun daha uzun ifadə.

Anchor strategiyasının məqsədi süni faiz formulu qurmaqdan çox, linkin yerləşdiyi cümlədə normal görünməsini təmin etmək olmalıdır.

Link building nədir?

Link building başqa saytlardan öz saytınıza uyğun backlink-lərin əldə edilməsi üçün görülən fəaliyyətdir. Bu iş müxtəlif üsullarla aparıla bilər: faydalı məzmun yaratmaq, digital PR, publisher outreach, araşdırma və data paylaşmaq, industry resource-larda görünmək və başqa saytların istinad etmək istəyəcəyi materiallar hazırlamaq buna nümunədir.

Amma link building ilə link spam arasında sərhəd var. Google genişmiqyaslı article campaign-lərdə keyword-rich linklərin süni şəkildə yerləşdirilməsini, eyni və ya oxşar məqalələrin çox sayda saytda yayılmasını və əsas məqsədi backlink yaratmaq olan kampaniyaları problemli hesab etdiyini uzun müddətdir açıq şəkildə bildirir.

Ona görə strategiya “bu ay mütləq 100 link almalıyıq” kimi yalnız həcm üzərində qurulanda keyfiyyət nəzarəti asanlıqla itə bilər.

Guest post SEO üçün istifadə oluna bilərmi?

Guest post özü avtomatik olaraq problem deyil. Başqa publisher üçün həqiqətən faydalı və onun auditoriyasına uyğun məqalə hazırlamaq normal digital publishing fəaliyyətidir. Problem guest posting-in əsas məqsədi geniş miqyasda ranking manipulyasiyası üçün link yaratmağa çevrildikdə yaranır.

Google guest və sponsored post-lar barədə bildirir ki, aşağı keyfiyyətli və əsas məqsədi link əldə etmək olan genişmiqyaslı kampaniyalar link scheme kimi qiymətləndirilə bilər. Ödənişli və kommersiya xarakterli linklərin uyğun rel atributu ilə işarələnməsi də Google-un rəsmi tövsiyəsidir.

Buna görə publisher seçərkən yalnız “dofollow verir?” sualına baxmaq kifayət deyil. Mövzu uyğunluğu, saytın keyfiyyəti, real auditoriya, kontentin səviyyəsi və placement-in təbii görünməsi də qiymətləndirilməlidir.

Domain Rating yüksəkdirsə, sayt avtomatik yaxşıdır?

Xeyr. DR Ahrefs tərəfindən yaradılan üçüncü tərəf metrikidir. Eyni prinsip digər SEO platformalarının authority metriklərinə də aiddir.

Bu göstəricilər research və müqayisə üçün faydalıdır, amma Google ranking sisteminin birbaşa göstəricisi deyil. Google özü də üçüncü tərəf SEO alətlərinin daxili ranking datasına çıxışı olmadığını vurğulayır.

Publisher qiymətləndirərkən DR ilə yanaşı real organic trafik trendinə, trafik ölkələrinə, index vəziyyətinə, mövzu uyğunluğuna, kontent keyfiyyətinə və saytın ümumi publishing modelinə baxmaq daha sağlamdır.

Məsələn, yüksək authority metriyi olan saytın organic trafiki uzun müddətdir kəskin düşürsə və yeni məqalələri index almırsa, yalnız DR rəqəminə əsaslanaraq qərar vermək risklidir.

Backlink alarkən trafik niyə yoxlanmalıdır?

Publisher-in organic trafiki onun axtarış sistemlərində real görünürlüyü haqqında əlavə kontekst verir. Burada təkcə cari trafik rəqəminə deyil, trendə də baxmaq lazımdır.

Məsələn, iki saytın hazırda 20 min organic traffic göstəricisi ola bilər. Birinci sayt son 12 ay ərzində 10 mindən 20 minə yüksəlib, ikinci isə 200 mindən 20 minə düşüb. Eyni cari rəqəmə baxmayaraq, onların risk profili eyni deyil.

Buna görə publisher research zamanı bunları birlikdə analiz etmək faydalıdır:

  • ümumi organic traffic;
  • hədəf ölkədən gələn trafik;
  • son aylardakı trend;
  • ranking keyword-lərin keyfiyyəti;
  • indexlənən yeni məqalələr;
  • saytın əsas mövzusu;
  • trafik düşüşünün hansı tarixdə başladığı.

Bu məlumatlar yenə də Google-un daxili datası deyil, ona görə qərarı yalnız Ahrefs və ya Semrush rəqəmlərinə bağlamaq düzgün olmaz.

Backlink indexlənməlidirmi?

Əgər backlink yerləşdirilən səhifə Google tərəfindən indexlənmirsə, əvvəlcə həmin səhifənin ümumi vəziyyətini anlamaq lazımdır. “Link live-dır” və “səhifə search engine tərəfindən indexlənib” eyni status deyil.

Post-publication QA zamanı ən azı bunları yoxlamaq faydalıdır:

  1. Məqalə həqiqətən live-dırmı?
  2. Target URL düzgündürmü?
  3. Anchor razılaşdırılmış formadadırmı?
  4. Link atributu gözlənilən kimidirmi?
  5. Səhifə crawler üçün açıqdırmı?
  6. Canonical başqa URL-ə getmir ki?
  7. Səhifə sonradan silinməyib ki?

Index məsələsini də avtomatik “link index deyil = link pisdir” formulasına çevirmək olmaz. Əvvəlcə səhifənin niyə indexlənmədiyini anlamaq lazımdır.

Backlink analizi necə edilir?

Backlink audit zamanı məqsəd sadəcə linklərin sayını görmək deyil. Profilin necə formalaşdığını və hansı hissələrin real dəyər və ya risk yaratdığını anlamaq lazımdır.

Praktik analiz ardıcıllığı belə ola bilər:

  1. Mövcud referring domain-ləri çıxarın.
  2. Link verən səhifələrin mövzu uyğunluğunu yoxlayın.
  3. Anchor distribution-a baxın.
  4. Əsas target səhifələrin hansı linkləri aldığını müəyyən edin.
  5. Yeni və itirilmiş backlink-ləri müqayisə edin.
  6. Publisher-lərin trafik və görünürlük trendini analiz edin.
  7. Şübhəli və süni pattern-ləri ayrıca yoxlayın.
  8. Rəqiblərin backlink profilində real content gap və publisher imkanlarını araşdırın.

Burada avtomatik “toxic score” görüb linkləri dərhal zərərli elan etmək düzgün yanaşma deyil. Third-party tool score-u analiz üçün başlanğıc siqnal ola bilər, son qərar deyil.

Off-page SEO-da rəqib analizi necə aparılır?

Rəqib backlink analizi “rəqibdə olan bütün linkləri biz də almalıyıq” demək deyil. Məqsəd hansı publisher-lərin və hansı kontent formatlarının sektorda real istinad qazandığını anlamaqdır.

Məsələn, üç əsas rəqib eyni industry publication-dan editorial link alıbsa, həmin publisher-i araşdırmaq məntiqli ola bilər. Amma rəqibin yüzlərlə aşağı keyfiyyətli directory linki varsa, onları təkrarlamaq üçün səbəb yoxdur.

Rəqib analizində aşağıdakılara baxmaq olar:

  • hansı səhifələri daha çox backlink alır;
  • hansı mövzular təbii link qazanır;
  • hansı publisher-lər bir neçə rəqibə istinad edir;
  • brand və commercial anchor balansı necədir;
  • hansı content asset-lər linkable görünür;
  • rəqibin itirdiyi keyfiyyətli link imkanları varmı.

Beləliklə competitor gap sadəcə domain siyahısı yox, off-page strategiyası üçün research mənbəyinə çevrilir.

Off-page SEO və kontent bir-biri ilə necə işləyir?

Güclü off-page strategiyasının bazası link verilə bilən səhifələrdir. Saytda yalnız satış yönümlü service page-lər varsa, başqa publisher-in həmin səhifələrə editorial şəkildə istinad etməsi üçün səbəb tapmaq çətin ola bilər.

Ətraflı guide, original research, statistika, tool, checklist, case study və real problem həll edən məzmunlar daha təbii istinad imkanı yarada bilər.

Məsələn, SEO haqqında ümumi iddia yazmaqla konkret nəticələri göstərən case study eyni deyil. EmilGasarayev.com-un SEO və frontend portfolio layihələri daxilində real layihələr üzrə görülən işlərin və nəticələrin göstərilməsi də bu baxımdan sadəcə xidmət iddiasından daha konkret sübut yaradır.

Yəni off-page SEO sayt daxilindəki kontent strategiyasından ayrı düşünülməməlidir.

Off-page SEO-da ən çox edilən səhvlər

Yalnız backlink sayına fokuslanmaq

100 zəif linkin 5 uyğun editorial linkdən daha yaxşı olduğunu göstərən universal qayda yoxdur. Link sayı təkbaşına keyfiyyət göstəricisi deyil.

Yalnız DR və DA-ya baxmaq

Authority metrikləri research üçün faydalıdır, amma publisher-in real keyfiyyətini tam göstərmir. Trafik, relevance, indexation və publishing pattern birlikdə yoxlanmalıdır.

Exact-match anchor-u həddindən artıq istifadə etmək

Hər linkdə eyni commercial keyword-dən istifadə təbii link profilinə bənzəmir. Anchor target səhifə və cümlə kontekstinə uyğun seçilməlidir.

Mövzu ilə əlaqəsiz saytlardan link almaq

Publisher yüksək metriklərə malik olsa belə, link istifadəçi üçün heç bir məna yaratmırsa, placement-in keyfiyyəti sual altına düşür.

Link live olduqdan sonra yoxlamamaq

Backlink sonradan nofollow ola, target URL dəyişə, məqalə silinə və ya səhifə indexdən çıxa bilər. Buna görə off-page işində post-publication QA ayrıca mərhələ olmalıdır.

Ödənişli linkləri editorial endorsement kimi təqdim etmək

Google paid placement-lərin sponsored ilə işarələnməsini tövsiyə edir və ranking manipulyasiyası məqsədli link alışını spam siyasətinə daxil edir.

Off-page SEO necə planlanmalıdır?

Off-page işinə publisher siyahısı toplamaqla başlamazdan əvvəl saytın öz vəziyyətini yoxlamaq daha məntiqlidir. Əgər target səhifə zəifdirsə, index problemi varsa və ya search intent-i düzgün qarşılamırsa, həmin səhifəyə link göndərmək əsas problemi həll etməyəcək.

Praktik plan belə qurula bilər:

  1. Target səhifələri müəyyən edin. Hansı URL-lərin biznes və SEO baxımından prioritet olduğunu seçin.
  2. Mövcud backlink profilini analiz edin. Referring domains, anchors, target pages və itirilmiş linkləri yoxlayın.
  3. Rəqib gap analizi aparın. Rəqiblərin real editorial mention və publisher imkanlarını araşdırın.
  4. Publisher kriteriyaları müəyyən edin. Relevance, trafik, ölkə, indexation, content quality və risk siqnallarını birlikdə qiymətləndirin.
  5. Anchor və target mapping qurun. Eyni keyword-i bütün placement-lərdə təkrarlamaq əvəzinə təbii kontekst yaradın.
  6. Faydalı kontent hazırlayın. Publisher auditoriyasına real dəyər verməyən məqaləni yalnız backlink daşımaq üçün yayımlamayın.
  7. Placement-i QA edin. URL, anchor, link attribute, canonical və səhifənin vəziyyətini yoxlayın.
  8. Nəticəni izləyin. Link sayı ilə yanaşı target səhifənin impression, click və ranking dəyişikliklərinə də baxın.

Bu yanaşma off-page SEO-nu təsadüfi link alışından ölçülə bilən prosesə çevirir.

Off-page SEO nəticələri necə ölçülür?

Off-page fəaliyyətinin nəticəsini yalnız “bu ay 20 backlink aldıq” şəklində ölçmək zəif yanaşmadır. Link sayı output-dur, biznes və SEO nəticəsi deyil.

Daha faydalı göstəricilər bunlardır:

  • keyfiyyətli referring domain sayı;
  • target səhifələrin ranking dəyişiklikləri;
  • Google Search Console impression və click artımı;
  • target keyword görünürlüyü;
  • brand mention-lar;
  • referral traffic;
  • itirilən və saxlanılan linklər;
  • anchor və target URL paylanması.

SEO-da dəyişikliklərin səbəbini tam şəkildə bir faktora bağlamaq həmişə mümkün deyil. Ranking eyni anda kontent, technical SEO, rəqabət, Google sistemləri və digər siqnallardan təsirlənə bilər. Buna görə “bu backlink bizi 3 mövqe qaldırdı” kimi dəqiq səbəb-nəticə iddialarına ehtiyatla yanaşmaq lazımdır.

Off-page SEO nə vaxt başlanmalıdır?

Yeni saytda ilk gündən yüzlərlə backlink almağa çalışmaq lazım deyil. Əvvəlcə saytın indexlənə bilən, faydalı və düzgün strukturlaşdırılmış səhifələri olmalıdır.

Bu səbəbdən SEO-friendly sayt optimizasiyası zamanı sürət, mobil uyğunluq, indexability, kontent və sayt strukturu kimi fundamental məsələlərin həlli off-page işinə də daha sağlam baza yaradır.

Əsas səhifələr və kontent cluster-ları formalaşdıqdan sonra off-page fəaliyyəti hansı səhifələrin əlavə authority və visibility dəstəyinə ehtiyacı olduğunu nəzərə alaraq planlamaq daha məntiqlidir.

Nəticə

Off-page SEO nədir sualına qısa cavab versək, off-page SEO sayt xaricində yaranan və saytın axtarış görünürlüyü ilə əlaqəli fəaliyyətlərin ümumi adıdır. Backlink və link building bu sahənin əsas hissələrindəndir, amma uğurlu strategiya yalnız link sayına əsaslanmır.

Yaxşı off-page SEO üçün publisher relevance, real trafik, kontent keyfiyyəti, anchor text, target səhifə, linkin yerləşdiyi kontekst və spam riskləri birlikdə qiymətləndirilməlidir. DR və digər üçüncü tərəf metrikləri qərar verməyə kömək edə bilər, amma heç biri Google-un ranking göstəricisi deyil və təkbaşına publisher keyfiyyətini müəyyən etmir.

Ən vacib prinsip isə linki məqsəd yox, nəticə kimi görməkdir. Faydalı səhifə, düzgün on-page struktur və sağlam texniki baza olmadan yalnız backlink sayını artırmaq uzunmüddətli SEO strategiyası deyil.

Saytınızda hansı səhifələrin SEO baxımından prioritet olduğunu müəyyənləşdirmək, texniki və on-page problemləri ayırmaq və bundan sonra uyğun off-page plan qurmaq istəyirsinizsə, mənim tətbiq etdiyim audit və prioritetləndirmə yanaşması haqqımda səhifəsində daha aydın göstərilib.

Tez-tez verilən suallar

Off-page SEO nədir?

Off-page SEO saytın öz domenindən kənarda həyata keçirilən və onun axtarış görünürlüyü ilə əlaqəli fəaliyyətləri ifadə edir. Backlink, digital PR, brand mention və publisher outreach bu sahəyə daxil ola bilər.

Backlink nədir?

Backlink başqa bir saytdakı səhifədən sizin saytınızdakı səhifəyə verilən linkdir. Backlink-lərin keyfiyyəti onların gəldiyi sayt, səhifə, mövzu uyğunluğu və yerləşdirildiyi kontekstə görə dəyişə bilər.

Yaxşı backlink necə seçilir?

Backlink qiymətləndirilərkən topical relevance, publisher-in real organic görünürlüyü, trafik trendi, kontent keyfiyyəti, index vəziyyəti, anchor text və linkin yerləşdiyi kontekst birlikdə analiz edilməlidir.

DR yüksəkdirsə backlink mütləq keyfiyyətlidirmi?

Xeyr. DR üçüncü tərəf SEO metrikidir və Google-un daxili ranking göstəricisi deyil. Yüksək DR publisher seçimi üçün təkbaşına kifayət etmir; relevance, trafik, indexation və kontent keyfiyyəti də yoxlanmalıdır.

Dofollow və nofollow backlink arasındakı fərq nədir?

Adi link üçün ayrıca dofollow atributu tələb olunmur. Nofollow linkdə rel="nofollow" istifadə olunur. Google ödənişli linklər üçün sponsored, user-generated content linkləri üçün isə ugc atributundan istifadə edilməsini tövsiyə edir.

Anchor text nədir?

Anchor text linkin istifadəçinin gördüyü kliklənən mətnidir. Anchor linkin target səhifəsi və yerləşdiyi cümlə ilə təbii şəkildə uyğunlaşmalıdır.

Guest post SEO üçün zərərlidirmi?

Guest post özü avtomatik olaraq zərərli deyil. Problem əsas məqsədi ranking manipulyasiyası olan genişmiqyaslı və süni link kampaniyaları zamanı yaranır. Ödənişli linklər Google-un qaydalarına uyğun şəkildə işarələnməlidir.

Off-page SEO nəticələri necə ölçülür?

Nəticələri yalnız backlink sayı ilə deyil, keyfiyyətli referring domain-lər, target səhifələrin ranking və impression dəyişiklikləri, organic clicks, referral traffic, brand mentions və link davamlılığı ilə birlikdə ölçmək daha düzgündür.