Internal Linking nədir və necə edilir?

Internal Linking nədir və necə edilir?

SEO optimizasiyası zamanı çox vaxt title, meta description, keyword və backlink mövzularına daha çox diqqət ayrılır. Amma sayt daxilində səhifələrin bir-biri ilə necə əlaqələndirilməsi də ümumi strukturun vacib hissəsidir. Yaxşı daxili link sistemi istifadəçiyə əlaqəli məzmunu tapmağa kömək edir, eyni zamanda axtarış sistemlərinin sayt daxilində səhifələr arasında hərəkət etməsini asanlaşdırır.

Bəs internal linking nədir və SEO üçün necə düzgün qurulmalıdır? Internal linking eyni domen daxilində bir səhifədən başqa səhifəyə verilən linklərdir. Məsələn, SEO haqqında ümumi məqalədən on-page SEO haqqında daha spesifik səhifəyə keçid vermək daxili linkdir. Bu link sadəcə istifadəçini başqa URL-ə aparmır; iki səhifə arasında mövzu əlaqəsini də göstərir.

Google Search Essentials daxilində də sayt daxilindəki linklərin crawl edilə bilən formada qurulması tövsiyə olunur. Googlebot yeni və mövcud səhifələri linklər, sitemap və digər yollar vasitəsilə kəşf etdiyi üçün internal linking həm kontent, həm də texniki SEO ilə əlaqəli mövzudur.

Ümumi SEO strukturu ilə yeni tanışsınızsa, əvvəlcə SEO-nun necə işlədiyini başa düşmək daxili linklərin bu sistemdə hansı rol oynadığını daha aydın göstərir.

Internal linking nədir?

Internal link istifadəçini eyni sayt daxilində başqa URL-ə aparan keçiddir.

Məsələn:

Blog A → Blog B

və ya:

Blog → Service page

və ya:

Homepage → Category → Product

Bunların hamısı internal link nümunələridir.

Xarici linkdən fərqli olaraq burada istifadəçi başqa domenə keçmir. Məsələn, example.com/blog səhifəsindən example.com/services səhifəsinə verilən link internal link, başqa domenə verilən keçid isə external link hesab olunur.

Daxili linklərin əsas məqsədi yalnız SEO deyil. Onlar istifadəçinin sayt daxilində növbəti məntiqli səhifəni tapmasına kömək etməlidir. Əgər oxucu “on-page SEO” haqqında məqalə oxuyursa və mətndə meta description mövzusu keçirirsə, həmin ifadədən daha geniş meta description guide-a keçid vermək təbii istifadəçi axını yaradır.

Internal linking SEO üçün niyə vacibdir?

Internal linking-in bir neçə fərqli funksiyası var. Birincisi, crawler-lərin sayt daxilində yeni və mövcud URL-ləri tapmasına kömək edir. Google developer guide-da bütün vacib səhifələrin başqa tapıla bilən səhifədən link vasitəsilə əlçatan olmasını tövsiyə edir.

İkincisi, daxili linklər sayt arxitekturasını formalaşdırır. Homepage-dən əsas kateqoriyalara, oradan alt səhifələrə, bloglardan isə uyğun service və digər informational səhifələrə keçid verildikdə saytın strukturu daha aydın olur.

Üçüncüsü, linkin anchor text-i target səhifənin nə haqqında olduğunu izah etmək üçün əlavə kontekst yaradır. Google-un link best practices sənədlərində anchor text-in həm istifadəçiyə, həm də Google-a link verilən səhifə haqqında məlumat verdiyi qeyd olunur.

Internal linking buna görə yalnız “məqalənin içində 3 link yerləşdirək” tapşırığı deyil. Düzgün istifadə edildikdə content architecture, crawlability və istifadəçi təcrübəsinin bir hissəsinə çevrilir.

Internal link ilə backlink arasındakı fərq nədir?

Bu iki anlayış bəzən qarışdırılır.

Internal link eyni domen daxilində verilən linkdir:

site.com/blog-a → site.com/blog-b

Backlink isə başqa domenin sizin səhifəyə verdiyi linkdir:

publisher.com/article → site.com/blog-a

Backlink sayt xaricindən gələn siqnaldır, internal link isə saytın öz daxilində tam nəzarət edə bildiyimiz struktur elementidir.

Bunun mühüm üstünlüyü odur ki, daxili link strategiyasını tətbiq etmək üçün başqa publisher-in cavabını gözləmək lazım deyil. Saytın mövcud səhifələrini analiz edib uyğun linkləri birbaşa kontent daxilində yerləşdirmək mümkündür.

Internal linking ilə site architecture arasında əlaqə

Saytın page hierarchy-si internal linklər vasitəsilə formalaşır. Əgər əsas səhifələrə müxtəlif əlaqəli səhifələrdən məntiqli keçidlər gəlirsə, həmin səhifələri həm istifadəçinin, həm də crawler-in tapması daha asan olur.

Sadə bir sayt strukturu belə görünə bilər:

  • Homepage
    • Services
      • SEO Service
      • Web Development
    • Portfolio
      • Project A
      • Project B
    • Blog
      • SEO
      • Frontend
      • Technical guides

Burada yalnız menu linklərinə güvənmək lazım deyil. Məsələn, blog daxilində “sayt arxitekturasının planlanması” mövzusu keçirsə, həmin kontekstdən saytların hazırlanması prosesinə link vermək həm oxucu, həm də sayt strukturu baxımından məntiqlidir.

Frontend development mərhələsində navigation və URL strukturu plansız qurulubsa, sonradan internal linking də daha çətin idarə olunur. Buna görə daxili linkləmə kontent yazıldıqdan sonra əlavə olunan ayrıca detal yox, sayt arxitekturasının bir hissəsi kimi düşünülməlidir.

Contextual internal link nədir?

Contextual internal link səhifənin əsas mətninin içində verilən kontekstual keçiddir.

Məsələn:

“Meta title, heading strukturu və on-page SEO optimizasiyası birlikdə planlanmalıdır.”

Burada “on-page SEO optimizasiyası” ifadəsinin uyğun səhifəyə linklənməsi contextual internal link-dir.

Footer və navigation linkləri də internal link hesab olunur, amma contextual linklərin üstünlüyü onların konkret mətn və mövzu daxilində yerləşməsidir. İstifadəçi linkin niyə orada olduğunu asanlıqla anlayır.

Məsələn, bu məqalədə daxili linklərin on-page optimizasiyanın tərkib hissəsi olduğunu izah edərkən on-page SEO strukturuna keçid vermək təbiidir. Əvəzində əlaqəsiz bir portfolio səhifəsini eyni cümlədə yerləşdirmək sadəcə link sayı artırmaq olardı.

Anchor text nədir?

Anchor text istifadəçinin kliklədiyi görünən link mətnidir.

Məsələn:

On-page SEO optimizasiyası

ifadəsi linkləndirilirsə, həmin hissə anchor text-dir.

Google-un link best practices sənədlərində yaxşı anchor text-in təsviri, qısa və link verilən səhifə ilə əlaqəli olması tövsiyə edilir. “Kliklə”, “burada”, “ətraflı” kimi çox ümumi ifadələr istifadəçiyə target səhifə haqqında az məlumat verir.

Məsələn:

Zəif anchor:

“Bu haqda ətraflı məlumat üçün buraya klikləyin.”

Daha təbii anchor:

“Meta məlumatlar, heading və daxili linklər on-page SEO optimizasiyasının əsas hissələrindəndir.”

İkinci variantda link cümlənin bir hissəsidir və oxucu keçidin hansı mövzuda olduğunu əvvəlcədən anlayır.

Exact-match anchor istifadə etmək olar?

Bəli, exact-match anchor avtomatik problem deyil. Əgər cümlə daxilində təbii görünürsə, səhifənin əsas keyword-i anchor kimi istifadə edilə bilər.

Məsələn, target səhifə “Meta Description nədir?” mövzusundadırsa:

“Yaxşı yazılmış meta description search nəticəsində səhifənin məzmununu daha aydın təqdim etməyə kömək edir.”

Burada exact və ya çox yaxın anchor məntiqlidir.

Problem bütün internal linklərin eyni formada və süni şəkildə yazılmasıdır. Anchor text-i yalnız SEO keyword-i kimi yox, cümlənin normal hissəsi kimi düşünmək lazımdır.

Google da anchor text daxilində keyword stuffing etməməyi və link mətnini təbii saxlamağı tövsiyə edir.

“Buraya kliklə” anchor-u istifadə etmək səhvdir?

Texniki olaraq belə anchor işləyir, amma çox vaxt daha yaxşı variant mümkündür.

Məsələn:

“SEO haqqında ətraflı məlumat üçün buraya klikləyin.”

əvəzinə:

SEO-nun əsas prinsiplərini başa düşmək daxili optimizasiyanın digər hissələrini daha düzgün planlamağa kömək edir.”

İkinci variant həm istifadəçiyə daha aydın kontekst verir, həm də mətn daha təbii oxunur.

Bütün anchor-ların uzun keyword olması da lazım deyil. Məqsəd link verilən səhifənin nə haqqında olduğunu normal insan dili ilə ifadə etməkdir.

Bir səhifədə neçə internal link olmalıdır?

Internal linking üçün “hər 1000 sözə 5 link” və ya “hər məqalədə mütləq 3 daxili link” kimi universal Google qaydası yoxdur.

Link sayı kontentin uzunluğuna, strukturuna və əlaqəli səhifələrin olub-olmamasına görə dəyişir. 700 sözlük dar mövzulu məqalədə 2–3 daxili link kifayət edə bilər, 4000 sözlük geniş guide-da isə daha çox link normal görünə bilər.

Əsas yoxlama sadədir: bu link oxucunun növbəti sualına həqiqətən cavab verirmi?

Əgər link yalnız SEO checklist-də rəqəmi tamamlamaq üçün əlavə olunubsa, onun dəyəri aşağıdır.

Hansı səhifələrə daha çox internal link vermək lazımdır?

Saytda bütün URL-lərin biznes və SEO dəyəri eyni deyil. Buna görə internal linking audit zamanı prioritet səhifələri müəyyən etmək faydalıdır.

Məsələn:

  • əsas service page-lər;
  • yüksək biznes dəyəri olan category səhifələri;
  • əsas informational pillar məqalələr;
  • ranking potensialı olan səhifələr;
  • yeni yayımlanan və kəşfi vacib olan səhifələr;
  • topic cluster daxilində əsas hub səhifələr.

Tutaq ki, SEO saytı var və əsas pillar səhifə “SEO nədir?” mövzusundadır. On-page SEO, technical SEO, off-page SEO, keyword research və internal linking məqalələri təbii kontekstdə əsas SEO guide-a link verə bilər. Eyni zamanda pillar səhifə də həmin alt mövzulara keçid verərək cluster daxilində iki istiqamətli əlaqə yarada bilər.

Topic cluster və internal linking necə birlikdə işləyir?

Topic cluster eyni əsas mövzu ətrafında bir-biri ilə əlaqəli səhifələr qrupudur.

Məsələn:

Pillar:
SEO nədir?

Supporting content:

  • On-page SEO nədir?
  • Technical SEO nədir?
  • Off-page SEO nədir?
  • Keyword Research nədir?
  • Internal Linking nədir?
  • Meta Description nədir?

Bu məqalələr arasında məntiqli linklər qurulduqda istifadəçi bir mövzudan digərinə keçə bilir və saytın SEO cluster-i strukturlaşdırılmış olur.

Amma bütün cluster səhifələrindən bütün digər səhifələrə link vermək də lazım deyil. Hər link konkret cümlə və alt mövzu üçün mənalı olmalıdır.

Orphan page nədir?

Orphan page sayt daxilində başqa səhifələrdən internal link almayan və ya normal navigation strukturu vasitəsilə tapılması çətin olan səhifədir.

Məsələn, yeni blog yayımlanıb:

/blog/internal-linking-nedir

Amma:

  • blog listing-də görünmür;
  • heç bir əlaqəli məqalədən link gəlmir;
  • navigation daxilində yolu yoxdur;
  • yalnız sitemap-da mövcuddur.

Bu halda səhifə texniki olaraq mövcud olsa da, saytın daxili strukturuna zəif bağlanıb.

Google-un developer guide-da vacib səhifələrin başqa tapıla bilən səhifədən link vasitəsilə əlçatan olması tövsiyə edilir.

Orphan page-lər xüsusilə böyük e-commerce və uzun müddət kontent yayımlayan bloglarda tez yarana bilər.

Orphan page-ləri necə tapmaq olar?

Bir neçə fərqli üsul var. Screaming Frog və digər crawler alətləri saytın crawl edilə bilən link strukturunu göstərir. Sonra bu URL siyahısını sitemap, Google Search Console və analytics datası ilə müqayisə etmək mümkündür.

Məsələn, sitemap-da 500 URL var, amma crawler yalnız 430 URL tapırsa, qalan URL-lərin niyə normal link strukturu vasitəsilə kəşf edilmədiyini yoxlamaq lazımdır.

Praktik proses:

  1. Saytı crawl edin.
  2. Sitemap URL-lərini çıxarın.
  3. GSC-də məlum URL-lərlə müqayisə edin.
  4. Inlink sayı sıfır və ya çox aşağı olan vacib səhifələri müəyyən edin.
  5. Həmin səhifəyə uyğun contextual link verilə biləcək mövcud kontentləri tapın.
  6. Link əlavə etdikdən sonra saytı yenidən crawl edin.

Burada hər orphan səhifəyə məcburi link əlavə etmək də doğru deyil. URL artıq lazımsızdırsa, məsələ internal link yox, həmin səhifənin ümumiyyətlə saytda saxlanıb-saxlanmaması ola bilər.

Internal link crawl edilə bilən formada necə yazılmalıdır?

Frontend tərəfdə vacib məqamlardan biri linkin HTML daxilində necə qurulmasıdır.

Google crawler-lərinin ən rahat işlədiyi klassik struktur <a> elementi və href atributudur. Developer guide-da da crawl edilə bilən <a> linklərindən istifadə etmək tövsiyə olunur.

Normal nümunə:

<a href="/blog/on-page-seo-nedir">On-page SEO</a>

Problemli yanaşmalardan biri link funksiyasını yalnız JavaScript click event-i ilə yaratmaqdır:

<div onclick="goToPage()">On-page SEO</div>

İstifadəçi brauzerdə keçə bilsə də, crawler baxımından standart link strukturu daha aydın və etibarlıdır.

Xüsusilə React və JavaScript əsaslı layihələrdə UI-nin vizual olaraq işləməsi ilə search crawler üçün düzgün qurulması eyni şey deyil. Google da crawler-lərin əsasən <a href> strukturlarındakı URL-lərdən istifadə etdiyini qeyd edir.

Navigation linkləri internal linking üçün kifayətdirmi?

Navigation vacibdir, amma bütün daxili link strategiyasını menu üzərində qurmaq ideal deyil.

Menu əsas sayt arxitekturasını göstərir:

  • Home
  • Services
  • Portfolio
  • Blog
  • Contact

Amma contextual internal linking istifadəçiyə konkret mövzudan növbəti əlaqəli mövzuya keçməyə imkan verir.

Məsələn, SEO case study daxilində görülmüş işlər arasında metadata, heading strukturu, indexation və internal linking izah edilirsə, həmin məzmunun uyğun SEO guide-larla əlaqələndirilməsi daha təbii informasiya arxitekturası yaradır.

EmilGasarayev.com-da Casa D’Arte SEO case study texniki SEO, çoxdilli struktur və Google görünürlüyü kimi real layihə elementlərini təqdim edir. Belə case study-lərdən uyğun informational content-ə və əks istiqamətdə contextual link qurmaq həm istifadəçinin mövzunu daha dərindən araşdırmasına kömək edir, həm də portfolio ilə blog arasında əlaqə yaradır.

New blog yayımlandıqdan sonra internal linking necə edilməlidir?

Yeni məqaləni sadəcə publish edib növbəti kontentə keçmək düzgün deyil. Post-publication mərhələsində həm yeni məqalədən köhnə səhifələrə, həm də uyğun köhnə məqalələrdən yeni səhifəyə link imkanları yoxlanmalıdır.

Məsələn, yeni “Internal Linking nədir?” məqaləsi yayımlandıqda:

  • On-page SEO məqaləsində daxili linklər haqqında olan hissədən yeni guide-a keçid verilə bilər.
  • SEO nədir? məqaləsində internal linking bullet-i yeni guide-a bağlana bilər.
  • Sayt hazırlanması mövzusunda site architecture hissəsində uyğun kontekst yaranırsa link əlavə edilə bilər.

Bu yanaşma yeni URL-i mövcud content ecosystem daxilinə bağlayır.

Internal linking audit necə edilir?

Internal link audit-in məqsədi bütün linkləri saymaq deyil. Vacib səhifələrin struktur daxilində düzgün dəstəklənib-dəstəklənmədiyini anlamaqdır.

Praktik audit belə aparıla bilər:

  1. Saytı crawl edin. Bütün internal linkləri və URL-ləri çıxarın.
  2. Orphan səhifələri müəyyən edin. Sitemap və GSC datasını crawler nəticələri ilə müqayisə edin.
  3. Vacib səhifələrin inlink sayına baxın. Prioritet səhifələr strukturda lazımi qədər görünürmü?
  4. Anchor text-ləri yoxlayın. “Buraya kliklə”, “read more” kimi ümumi anchor-lar həddindən artıqdırmı?
  5. Broken internal linkləri tapın. 404 və ya yanlış redirect-ə gedən linkləri düzəldin.
  6. Redirect olunan internal linkləri yeniləyin. Mümkündürsə birbaşa final URL-ə link verin.
  7. Topic cluster əlaqələrini yoxlayın. Əlaqəli məqalələr bir-birinə məntiqli şəkildə bağlanıbmı?
  8. Yeni link imkanlarını tapın. Mövcud mətn daxilində təbii anchor yarana bilən səhifələri müəyyən edin.

Audit nəticəsində link sayı artırmaq deyil, daha aydın və sağlam sayt strukturu yaratmaq əsas məqsəd olmalıdır.

Internal link redirect-ə gedirsə problem yaranır?

Bir daxili linkin 301 redirect-dən keçməsi avtomatik böyük SEO problemi deyil. Amma sayt daxilində target URL artıq məlumdursa, köhnə URL-ə link verməkdənsə final URL-i istifadə etmək daha təmiz yanaşmadır.

Məsələn:

Page A → old-url → 301 → new-url

əvəzinə:

Page A → new-url

Bu həm istifadəçi və crawler üçün daha birbaşa yol yaradır, həm də gələcəkdə redirect chain riskini azaldır.

Böyük saytlarda köhnə URL-lərə yüzlərlə internal link qalması technical cleanup zamanı yoxlanmalı məsələlərdən biridir.

Broken internal link nədir?

Broken internal link artıq mövcud olmayan və 404/410 kimi status qaytaran daxili URL-ə keçiddir.

Məsələn, köhnə blog silinib, amma 15 başqa məqalədə hələ həmin URL-ə link qalırsa, istifadəçi klik etdikdə error page görəcək.

Bu problemi həll etmək üçün:

  • link səhv yazılıbsa düzəldin;
  • uyğun replacement page varsa linki yeni URL-ə dəyişin;
  • uyğun səhifə yoxdursa linki silin;
  • həqiqətən köhnə səhifənin yeni ekvivalenti varsa redirect də ayrıca qurula bilər.

Burada bütün broken linkləri homepage-ə yönləndirmək düzgün həll deyil.

Footer-da çox sayda SEO link yerləşdirmək lazımdır?

Footer internal linking üçün istifadə edilə bilər, amma yüzlərlə keyword-rich link əlavə etmək düzgün site architecture demək deyil.

Footer-da əsas:

  • xidmətlər;
  • vacib company pages;
  • əsas category-lər;
  • legal pages;
  • əlaqə məlumatları

kimi keçidlər məntiqli ola bilər.

Hər şəhər, hər keyword və hər service variation üçün yüzlərlə footer link yaratmaq isə istifadəçi təcrübəsini zəiflədə və strukturun süni görünməsinə səbəb ola bilər.

Əsas yanaşma yenə eynidir: link istifadəçi üçün real navigation funksiyası daşımalıdır.

Internal linking-də ən çox edilən səhvlər

Hər linkdə eyni anchor istifadə etmək

Bütün səhifələrdən eyni exact-match keyword ilə target səhifəyə keçid vermək lazım deyil. Anchor cümlənin təbii hissəsi olmalıdır.

Yalnız yeni məqalədən köhnə məqalələrə link vermək

Yeni məqalədən köhnələrə keçid vermək yaxşıdır, amma köhnə relevant məqalələrdən yeni məqaləyə də link əlavə etmək lazımdır.

Əlaqəsiz səhifələri bir-birinə bağlamaq

Sadəcə “3 internal link olmalıdır” qaydasına görə əlaqəsiz content-ləri bağlamaq istifadəçiyə fayda vermir.

“Buraya kliklə” anchor-larını həddindən artıq istifadə etmək

Daha descriptive anchor həm istifadəçi, həm də kontekst baxımından daha faydalıdır. Google da anchor text-in target səhifəni təsvir etməsini tövsiyə edir.

Orphan səhifələri nəzərə almamaq

Sitemap-da olmaq normal content architecture əvəzi deyil. Vacib səhifələr sayt daxilində tapıla bilən linklərə sahib olmalıdır.

JavaScript ilə crawl edilməyən link strukturu qurmaq

Vizual olaraq kliklənən hər element axtarış sistemi üçün eyni formada link kimi qəbul olunmaya bilər. Standart <a href> strukturu daha sağlamdır.

Bütün daxili linkləri menu və footer-a buraxmaq

Contextual linklər istifadəçinin konkret mövzudan əlaqəli səhifəyə keçməsi üçün ayrıca dəyər yaradır.

Internal linking üçün praktik checklist

Yeni və ya yenilənmiş səhifədə aşağıdakı sualları yoxlamaq kifayət edir:

  • Səhifəyə başqa relevant URL-lərdən link gəlirmi?
  • Səhifədən əlaqəli və faydalı məzmunlara keçid varmı?
  • Anchor text target səhifəni aydın təsvir edirmi?
  • Link cümlənin içində təbii görünürmü?
  • Broken internal link varmı?
  • Link redirect əvəzinə final URL-ə gedirmi?
  • Prioritet service və pillar səhifələr lazımi kontekstdə dəstəklənirmi?
  • Yeni məqalə köhnə relevant content-lərlə əlaqələndirilibmi?
  • Link frontend-də real crawl edilə bilən <a href> strukturu ilə qurulubmu?

Bu checklist hər səhifədə eyni sayda link tələb etmir. Məqsəd normal istifadəçi axını və aydın sayt strukturu yaratmaqdır.

Internal linking və real SEO layihəsi

Internal linking ayrıca bir dəfə görülüb bağlanan iş deyil. Sayta yeni category, blog və service səhifələri əlavə olunduqca daxili struktur da dəyişir. Buna görə böyük content update-lərdən və sayt strukturunda dəyişikliklərdən sonra internal link audit aparmaq faydalıdır.

Məsələn, EmilGasarayev.com-un SEO və frontend iş yanaşmasında audit mərhələsi indexation, crawlability, metadata və internal linking kimi elementləri birlikdə qiymətləndirir. Bunun səbəbi daxili linklərin yalnız kontent yox, ümumi sayt arxitekturası ilə də əlaqəli olmasıdır.

Səhifənin yaxşı yazılması vacibdir, amma həmin səhifə saytın qalan hissəsindən tam təcrid olunubsa, həm istifadəçi axını, həm də crawler discovery baxımından struktur zəifləyir.

Nəticə

Internal linking nədir sualına qısa cavab versək, internal linking eyni sayt daxilində səhifələri bir-birinə bağlayan daxili link sistemidir. Düzgün qurulduqda istifadəçilərin əlaqəli məzmunu tapmasını asanlaşdırır, crawler-lərə sayt daxilində hərəkət etməyə kömək edir və səhifələr arasındakı mövzu əlaqəsini daha aydın göstərir.

Yaxşı internal linking strategiyası link sayına deyil, linkin məqsədinə əsaslanmalıdır. Anchor text təbii və descriptive olmalı, link həqiqətən əlaqəli səhifəyə getməli və vacib URL-lər sayt daxilində orphan qalmamalıdır. Navigation, contextual links, topic cluster və sayt arxitekturası birlikdə düşünüləndə daxili link sistemi daha sağlam olur.

Əgər saytınızda çoxlu blog və service səhifəsi varsa, ilk addım bütün URL-ləri crawl edib broken linkləri, orphan səhifələri və zəif inlink alan prioritet səhifələri müəyyən etməkdir. Bundan sonra linkləri təsadüfi artırmaq əvəzinə səhifələr arasında real mövzu və istifadəçi əlaqəsi qurmaq daha düzgün nəticə verir.

Tez-tez verilən suallar

Internal linking nədir?

Internal linking eyni domen daxilində bir səhifədən başqa səhifəyə verilən daxili linklərdir. Bu linklər istifadəçilərin əlaqəli məzmunu tapmasına və crawler-lərin sayt daxilində URL-ləri kəşf etməsinə kömək edir.

Internal linking SEO üçün niyə vacibdir?

Daxili linklər sayt arxitekturasını formalaşdırmağa, vacib səhifələrin tapılmasına və səhifələr arasındakı mövzu əlaqəsinin daha aydın qurulmasına kömək edir. Eyni zamanda istifadəçinin sayt daxilində növbəti uyğun məzmuna keçməsini asanlaşdırır.

Anchor text nədir?

Anchor text istifadəçinin klik etdiyi görünən link mətnidir. Yaxşı anchor text qısa, təbii və link verilən səhifənin mövzusunu aydın ifadə edən formada yazılmalıdır.

Bir məqalədə neçə internal link olmalıdır?

Internal link sayı üçün universal qayda yoxdur. Linklərin sayı məqalənin uzunluğu, mövzusu və əlaqəli səhifələrin mövcudluğuna görə dəyişir. Əsas məqsəd hər linkin istifadəçi üçün real fayda yaratmasıdır.

Orphan page nədir?

Orphan page sayt daxilində başqa tapıla bilən səhifələrdən daxili link almayan və normal sayt strukturu vasitəsilə kəşfi çətin olan səhifədir.

Internal link üçün exact-match anchor istifadə etmək olar?

Bəli. Exact-match anchor cümlə daxilində təbii görünürsə istifadə edilə bilər. Amma bütün linklərdə eyni keyword-i süni şəkildə təkrarlamaq əvəzinə kontekstə uyğun müxtəlif və descriptive anchor-lardan istifadə etmək daha düzgündür.

Internal link JavaScript ilə verilə bilər?

Frontend-də linklər üçün crawl edilə bilən a elementindən və href atributundan istifadə etmək daha sağlam yanaşmadır. Yalnız JavaScript click event-ləri ilə qurulan navigation crawler-lər üçün daha problemli ola bilər.

Internal linking audit necə edilir?

Audit zamanı sayt crawl edilir, orphan səhifələr, broken linklər, redirect-ə gedən daxili linklər, anchor text-lər və vacib səhifələrin inlink sayı yoxlanılır. Sonra topic və istifadəçi əlaqəsinə uyğun yeni daxili link imkanları müəyyən edilir.