1.4 JavaScript Variables - Saytlarin Hazirlanmasi

1.4 JavaScript Variables - Saytlarin Hazirlanmasi

JavaScript variables (dəyişənlər) istifadəsini öyrənin – let, var və const. Frontend proqramlaşdırma, saytlarin hazirlanmasi və veb tətbiqlərin yaradılması üçün vacib biliklərdən olan JavaScript variables mövzusu haqqında bu bloqda ətraflı məlumat əldə edə bilərsiniz. Bu dərsdə JavaScript dəyişənləri haqqında öyrənəcəksiniz və dəyişənlərdən tətbiqdə dəyərləri saxlamaq üçün necə istifadə ediləcəyini anlayacaqsınız.

JavaScript dəyişənləri proqramlaşdırma dilində mühüm rol oynayır və “JavaScript interview questions” başlığı ilə axtarış etsəniz, tez-tez soruşulan mövzulardan olduğunu görə bilərsiniz. Bir frontend developer olaraq bu anlayışları dərinləşdirmək vacibdir, çünki JavaScript dəyişənlərinin düzgün idarə olunması kodun effektivliyini artırır.

JavaScript Variables nədir?

Dəyişən (variable) bir dəyəri (məsələn, ədəd və ya mətn) təmsil edən bir etiketdir. Ondan istifadə etməzdən əvvəl dəyişəni elan etməlisiniz.

JavaScript-də Variables necə elan olunur?

Bir dəyişən elan etmək üçün var açar sözündən sonra dəyişən adını yazırsınız:

var variableName;

JavaScript compiler dəyişənləri düzgün təyin etdikdən sonra kodu tərcümə edərək işlətmək üçün vacibdir. Kodun doğru işləyişi üçün doğru dəyişən təyini mühüm bir addımdır.

Dəyişən adı istənilən düzgün identifikator ola bilər. Məsələn:

var message;

Əgər dəyişənə dəyər təyin edilməzsə, o, undefined xüsusi dəyərinə sahib olur.

JavaScript-də dəyişən adları aşağıdakı qaydalara uyğundur:

  1. Dəyişən adları böyük-kiçik hərfə həssasdır. Bu o deməkdir ki, message və Message fərqli dəyişənlərdir.
  2. Dəyişən adlarında yalnız hərflər, rəqəmlər, alt xətlər (_) və dollar işarəsi ($) ola bilər və boşluq ola bilməz. Dəyişən adları hərflə, alt xəttlə və ya dollar işarəsi ilə başlamalıdır.
  3. Dəyişən adlarında rezerv olunmuş sözlərdən istifadə etmək olmaz (bir əvvəlki bloqumuzda reserved words haqqında danışmışdıq).
  4. Adətən, dəyişən adları camelCase formasında yazılır: message, yourAge, myName və s.

JavaScript dinamik tipləşdirilən dildir. Bu o deməkdir ki, Java və ya C# kimi statik tipləşdirilən dillərdən fərqli olaraq, dəyişənin tipini açıq şəkildə göstərmək lazım deyil. Yəni dəyişənin tipini əvvəlcədən göstərməyə ehtiyac yoxdur və tipi proqram işləyərkən avtomatik təyin olunur. Statik tipləşdirilən dillərdə (məsələn Java) isə dəyişənin tipi əvvəlcədən yazılır və dəyişdirilə bilməz.

var x = 5;      // number
x = "Salam";    // string
x = true;       // boolean

ES6-dan başlayaraq let açar sözü ilə dəyişən elan edə bilərsiniz:

let message;

Dəyişənləri let ilə elan etmək yaxşı təcrübə hesab olunur. Daha sonra var və let arasındakı fərqləri öyrənəcəksiniz. Hələlik buna görə narahat olmayın.

JavaScript-dəVariables başlanğıc dəyərinin verilməsi - Saytlarin Hazirlanmasi

Dəyişən elan edildikdən sonra ona dəyər təyin etmək olar. Dəyər təyin etmək üçün dəyişənin adını, = bərabərlik işarəsini və dəyəri yazmaq lazımdır:

variableName = initialValue;

Layihələrdə saytlarin hazirlanmasi üçün doğru dəyişənlərin istifadəsi vacibdir. Məsələn, bir veb sayt yaratmaq istəyərkən səhifənin interaktivliyi üçün doğru dəyərlər təyin edilməlidir.

Məsələn, aşağıdakı nümunədə message dəyişəni elan olunur və "Hello" sətri ilə başlanğıc dəyər verilir:

let message;
message = "Hello";

Dəyişəni eyni anda həm elan etmək, həm də dəyər təyin etmək üçün belə yazılır:

let variableName = value;

Məsələn, aşağıdakı ifadə message adlı dəyişəni elan edir və onu "Hello" mətn dəyəri ilə başlanğıcda təyin edir:

let message = "Hello";

JavaScript bir cümlədə bir neçə dəyişəni elan etməyə imkan verir. Dəyişənləri vergül ilə ayırmaq kifayətdir:

let message = "Hello",
   counter = 100;

JavaScript dinamik tipləşdirilən dil olduğu üçün dəyişənə sonradan fərqli tipdə dəyər vermək mümkündür. Amma bu tövsiyə olunmur. Məsələn:

let message = "Hello";
message = 100;

Bu nümunədə message əvvəlcə "Hello" sətri ilə təyin olunur, sonra isə 100 rəqəmi ilə dəyişdirilir.

JavaScript-dəVariables dəyərinin dəyişdirilməsi

Elan edildikdən və ya başlanğıc dəyər verildikdən sonra dəyişənin dəyərini dəyişmək olar. Bu addımlar, veb sayt hazırlamaq prosesi zamanı istifadəçilərdən alınan məlumatların dəyişməsi və interaktivliyin təmin edilməsi üçün vacibdir.

let message = "Hello";
message = 'Bye';

undefined və undeclared dəyişənlər

undefined undeclared dəyişənlər arasında fərqi bilmək vacibdir. undefined dəyişən — elan olunub, lakin ona heç bir dəyər verilməyib:

let message;
console.log(message); // undefined

Bu nümunədə message dəyişəni elan olunub, amma başlanğıc dəyər verilməyib, yəni undefined-dir.

undeclared dəyişən — ümumiyyətlə elan olunmayıb:

console.log(counter); // ReferenceError: counter is not defined

Bu nümunədə counter dəyişəni elan olunmadığı üçün ona müraciət zamanı ReferenceError çıxır.

Bu başlıqlar veb tətbiqləri hazırlayan frontend developer-lər üçün vacibdir. Dəyişənlərin düzgün idarə olunması, səhvlərin qarşısını alır və veb saytların hazırlanması prosesində daha mükəmməl nəticələr əldə etməyə kömək edir.

Constants (Sabitlər - const)

Sabitlər dəyişməyən dəyərləri saxlayır. Constant elan etmək üçün const açar sözündən istifadə olunur. const ilə sabit elan edərkən dərhal dəyər təyin etmək vacibdir. Bir dəfə təyin edildikdən sonra onların dəyəri dəyişdirilə bilməz.

const workday = 5;

Const ilə dəyişən yaratdıqdan sonra əgər biz o dəyişənin dəyərini dəyişdirməyə cəhd etsək error çıxdığını görərik. workday const dəyişəninin dəyərini dəyişmək cəhdi səhv verir:

workday = 2;

Uncaught TypeError: Assignment to constant variable.

Daha sonra const-un əslində dəyərə read-only (yalnız oxuna bilən) istinad olduğunu öyrənəcəksiniz.

Bəzən sabit adları böyük hərflərlə yazılır:

const PORT = 3000;

Proqramlaşdırmada bir ənənə (standart) var ki, dəyişməyən sabitlərin adları böyük hərflərlə yazılır. Bu, oxuyan şəxsə bildirir ki, bu dəyişən dəyişməyəcəkdir. Bu qayda deyil, sadəcə yaxşı bir təcrübədir (best practice).

const PORT = 3000;               // Serverin işlədiyi port
const API_KEY = "abc123xyz";     // API açarı
const BASE_URL = "https://api.example.com"; // Əsas URL
const TIMEOUT = 5000;            // Zaman limiti (millisaniyə ilə)
const MAX_USERS = 1000;          // Maksimum istifadəçi sayı
const DEFAULT_LANGUAGE = "az";   // İlkin dil ayarı
const JWT_SECRET = "mysecret";   // Token üçün gizli açar

Nəticə

JavaScript dəyişənləri (let, var, const) – frontend developer olaraq gündəlik istifadə etdiyimiz, saytların hazırlanması zamanı əsas rol oynayan mövzulardan biridir. Doğru dəyişən strukturu ilə kodunuzu daha səliqəli və oxunaqlı yaza bilərsiniz. JavaScript compiler bu dəyişənləri düzgün şəkildə təyin etdikdə, kod daha effektiv və problemsiz şəkildə icra olunur.

Əgər frontend developer vakansiya və ya frontend mentor kimi imkanları dəyərləndirirsinizsə, bu tip əsas mövzuları dərindən bilməniz sizə üstünlük qazandıracaq. JavaScript interview questions arasında dəyişənlərlə bağlı suallar çox geniş yayılıb. Məhz bu səbəbdən veb saytların hazırlanması sahəsində təcrübə əldə etmək istəyənlər üçün bu biliklər zəruridir.

Unutmayın ki, saytlarin hazirlanmasi, vebsayt hazırlamaqinteraktiv layihələr qurmaq istəyirsinizsə, dəyişən anlayışlarını praktiki nümunələrlə mükəmməl şəkildə mənimsəməlisiniz. Code Academy-də frontend mentor olaraq çalışdığım müddətdə – tələbələrimin bu mövzuya xüsusi diqqət ayırmasını tövsiyə edirəm.

Müsahibə sualları (JavaScript Interview Questions)

var, let və const dəyişənləri arasında əsas fərqlər nələrdir? Hansı hallarda hansı dəyişən növündən istifadə etmək daha uyğundur?

JavaScript-də dəyişənləri var, let və const ilə elan edirik. var funksiyaya bağlıdır və hoisting baş verir (yuxarı "çəkilir"), amma undefined dəyəri ilə. let və const isə blok səviyyəsindədir və hoisting olsa da, istifadə etməzdən əvvəl səhv verir. let dəyişən sonradan dəyişdirilə bilər, const isə sabitdir və yalnız bir dəfə dəyər ala bilər.

var x = 10;
let y = 20;
const z = 30;

JavaScript-də undefined və undeclared anlayışları arasında nə fərq var? Misal verin.

undefined – dəyişən elan olunub, amma dəyər verilməyib.
undeclared – dəyişən ümumiyyətlə elan olunmayıb.

let a;
console.log(a); // undefined

console.log(b); // ReferenceError: b is not defined

Niyə const ilə yaradılan dəyişənlərə başlanğıcda dəyər verilməlidir və sonradan dəyəri dəyişmək mümkün deyil?

const sabit dəyişəndir. Yalnız bir dəfə dəyər verilə bilər və bu dəyər dəyişdirilə bilməz. Elə buna görə const ilə elan edilən dəyişənlər mütləq dərhal dəyər almalıdır, əks halda syntax səhvi baş verər.

const name = "Emil";
name = "Ali"; // TypeError: Assignment to constant variable.

Bu, sabitlərin qorunmasını təmin edir və kodun səhvsiz işləməsinə kömək edir. Məsələn, API_URL, PORT, TOKEN kimi dəyişməyən dəyərlər üçün const istifadə olunur.