1.3 JavaScript Syntax (JavaScript Sintaksisi)

1.3 JavaScript Syntax (JavaScript Sintaksisi)

Bu bloq yazısında sən JavaScript sintaksisi ilə tanış olacaqsan: boşluqlar (whitespace), operatorlar (statements), identifikatorlar (identifiers), şərhlər (comments), ifadələr (expressions) və açar sözlər (keywords).

Whitespace (Boşluqlar)

Whitespace – simvollar arasındakı boşluğu təmin edən simvollardır. JavaScript aşağıdakı whitespace-ləri tanıyır:

  1. Carriage return
  2. Space
  3. New Line
  4. tab

JavaScript engine (mühərriki) whitespace-ləri nəzərə almır. Lakin kodun oxunaqlı və baxımı asan olması üçün whitespace-dən istifadə etmək tövsiyə olunur.

Aşağıdakı JavaScript kodu whitespace istifadə etmir:

let formatted = true; if (formatted) {console.log('The code is easy to read');}

Bu kod whitespace ilə belə daha oxunaqlı formada yazıla bilər:

let formatted = true;

if (formatted) {
 console.log('The code is easy to read');
}

Qeyd: JavaScript bundler-lər (Webpack, Vite, Parcel, Rollup və s.) kodu daha yüngül və brauzerdə daha sürətli yüklənən hala gətirmək üçün bütün whitespace-ləri silərək tək faylda birləşdirirlər.

JavaScript kodunda boşluqlardan düzgün istifadə olunması, veb saytların hazırlanması zamanı kodun daha rahat oxunmasına və səhv ehtimalının azalmasına kömək edir. Frontend developer vakansiya tələblərində, kodun strukturlaşdırılmış və səliqəli yazılması əsas şərtlərdən biri hesab olunur.

Statements (Operatorlar)

Statement – ya dəyişənin elan edilməsi, ya da JavaScript mühərrikinə bir əmrin verilməsi üçün yazılan kod parçasıdır. Sadə statement nöqtəli vergül (;) ilə bitir.

Qeyd: Nöqtəli vergül istifadəsi məcburi deyil, lakin tövsiyə olunur.

Məsələn:

let message = "Welcome to JavaScript";
console.log(message);

Frontend developer kimi çalışarkən operatorlardan düzgün istifadə etmək kodun funksionallığını və loqikasını düzgün qurmağa imkan verir. İnternetdə JavaScript interview questions axtarşı etsək operatorların işləmə qaydası tez-tez soruşulan mövzulardan olduğunu görə bilərik.

Blocks

Block – JavaScript-də bir neçə əmri (yəni statementləri) birlikdə qruplaşdırmaq üçün istifadə olunur.
Bloklar { } – bu fiqurlu mötərizələrlə əhatə olunur.

if (window.localStorage) {
 console.log('The local storage is supported');
}

Saytların hazırlanması zamanı blok strukturlarının istifadəsi kodu daha idarəolunan və çevik edir. Front end vakansiya müsahibələrində blok anlayışının izahı və istifadəsi praktik tapşırıqlarda test edilir.

Identifiers (İdentifikatorlar)

JavaScript-də identifier – proqramda adlandırdığın hər bir şeyin adıdır.

Məsələn:

  1. Dəyişənin adı (let x = 5)
  2. Funksiya adı (function salam())
  3. Parametr adı (function topla(a, b))
  4. Sinif adı (class Avtomobil)

Identifier necə yazılmalıdır?

1. Aşağıdakılardan biri ilə başlamalıdır:

  1. Hərf → a–z və ya A–Z
  2. Underscore _
  3. Dollar işarəsi $

Qeyd: Rəqəm (0–9) ilə BAŞLAMAQ OLMAZ!

2. Davamında isə:

  1. Hərflər (a, B və s.)
  2. Rəqəmlər (0–9)
  3. Underscore (_)
  4. Dollar işarəsi ($)

Qeyd: ASCII xaricində olan Unicode hərflərinə də icazə verilir, lakin istifadə tövsiyə olunmur.

Identifier-lər JavaScript-də case-sensitive-dir. Yəni message və Message fərqli identifikatorlardır.

Veb saytların hazırlanmasında identifikatorların düzgün adlandırılması həm performans, həm də komanda ilə işləmə baxımından önəmlidir. Code Academy-də frontend mentor olaraq identifikatorların naming conventions qaydalarına uyğun təyin olunmasını tələbələrə dönə-dönə tapşırıram.

Comments

Comments – koda qeydlər və izahlar əlavə etmək üçün istifadə olunur. JavaScript mühərriki şərhləri icra etmir.

JavaScript iki tip şərh dəstəkləyir:

Single-line comment - // ilə başlayır, həmin sətrin sonuna qədər olan hissə şərh sayılır:

// this is a single-line comment

Block comment /* ilə başlayır və */ ilə bitir. Bir neçə sətri əhatə edə bilər:

/* This is a block comment
that can span multiple lines */

Vebsayt hazırlamaq prosesi zamanı yazılmış kodun izahı üçün şərhlər olduqca vacibdir. Frontend developer olaraq kodu sənədləşdirmək həm komanda içində, həm də gələcəkdə optimizasiya üçün vacibdir.

Expressions

Expression – dəyərə çevrilən kod parçasıdır. Məsələn:

2 + 1

Bu expression nəticədə 3 qaytarır.

JavaScript interview questions yazaraq axtarış etsək expressions(ifadələrin) nəticələrini hesablamaq və dəyişənlərə təsirini izah etmək qarşınıza çıxa bilər. Saytların hazırlanması prosesində ifadələr çox zaman interaktiv elementlərin davranışını idarə edir.

Keywords & Reserved words

JavaScript müəyyən açar sözlər (keywords) və rezerv olunmuş sözlər (reserved words) təyin edir. Bu sözlər identifier kimi istifadə oluna bilməz.

ECMA-262 standartına görə rezerv olunmuş sözlər bunlardır:

break    case    catch
continue    debugger    default
else    export    extends
function    if    import
new    return    super
throw    try    null
void    while    with
class    delete    finally
in    switch    typeof
yield    const    do
for    instanceof    this
var

Əlavə olaraq, ECMA-252-də gələcəkdə istifadə üçün ayrılmış sözlər də var. Bunlardan da identifier kimi istifadə etmək olmaz:

enum    implements    let
protected    private    public
await    interface    package

Summary (Xülasə)

Kodu formatlamaq üçün whitespace (carriage return, space, newline, tab) istifadə et. JavaScript mühərriki whitespace-i nəzərə almır.

Sadə statement-ləri ; ilə bitir.

{} istifadə edərək bir və ya bir neçə statement-i blok kimi qrupla.

// ilə single-line, /* */ ilə block comment yaz. Şərhlər icra olunmur.

Dəyişənlərə, funksiyalara və s. ad vermək üçün identifier istifadə et.

Rezerv olunmuş sözlərdən identifier kimi istifadə etmə.

 

Nəticə

JavaScript-də sintaktik anlayışlar — boşluqlar, operatorlar, bloklar, identifikatorlar və digər əsas bölmələr — hər bir frontend developer üçün təməl biliklərdir. Bu anlayışların tətbiqi həm real layihələrdə, həm də frontend developer vakansiyalarına müraciət zamanı mühüm rol oynayır. JavaScript interview questions daxilində bu mövzuların əhatə olunması olduqca geniş yayılıb. Əgər məqsədin veb saytların hazırlanması və ya vebsayt hazırlamaq kimi real layihələrlə çalışmaqdırsa, bu biliklər sənin üçün möhkəm bünövrə rolunu oynayacaq.

Note: JavaScript Tutorial JavaScript Sytax

Müsahibə Sualları

Aşağıdakı kodun nəticəsi nə olacaq və niyə?

console.log(a);
var a = 5;

Bu sualda yoxlanılır:

Hoisting anlayışı

Dəyişənin dəyəri və yuxarı çəkilməsi (hoist olunması) arasındakı fərq

JavaScript-də dəyişənləri necə elan edirik?

Nümunə cavab gözləntisi: JavaScript-də dəyişənləri var, let və const ilə elan edirik. Məsələn:

let name = "Emil";
const age = 25;

Array (massiv) nədir və bir neçə element necə əlavə olunur?

Nümunə cavab gözləntisi: Array bir neçə dəyəri bir yerdə saxlamaq üçündür.

let fruits = ["apple", "banana", "orange"];