
Proqramlaşdırma sahəsi ümumiyyətlə bir neçə əsas istiqamətə bölünür. Bunlara frontend development, backend development daxildir. Bu istiqamətlərdən hər biri fərqli funksionallıqlara xidmət edir və veb sayt hazırlamaq üçün fərqli bacarıqlar tələb edir.
Veb sayt hazırlamağa başlamazdan əvvəl ilk addım olaraq frontend development sahəsini öyrənmək tövsiyə olunur. Çünki bu sahə, istifadəçinin gördüyü interfeysi hazırlamağı əhatə edir. Frontend hazırlamaq üçün əsas olaraq HTML, CSS və JavaScript istifadə olunur. Bu üç texnologiya hər hansı bir saytın əsasını təşkil edir və onlarsız sadə bir veb səhifə belə yaratmaq mümkün deyil.
Növbəti mərhələdə isə daha inkişaf etmiş saytlar üçün backend development texnologiyalarını öyrənmək lazımdır. Backend, saytın arxa tərəfində işləyən server məntiqini idarə edir. Məlumat bazası ilə işləmək, istifadəçi məlumatlarının emalı və autentifikasiya kimi əməliyyatlar backend vasitəsilə həyata keçirilir. Backend proqramlaşdırma dillərinə PHP, Python, Node.js kimi dillər daxildir. Məlumat bazaları isə adətən MySQL, MongoDB və ya PostgreSQL kimi sistemlərdən ibarət olur.
HTML: Veb Saytın Əsas Strukturunu Yaratmaq
HTML (HyperText Markup Language) veb səhifələrin strukturunu yaratmaq üçün işlənilən əsas dili hesab olunur. HTML vasitəsilə siz mətn, şəkillər, videolar və digər multimedia elementlərini veb səhifəyə əlavə edə bilərsiniz. Hər bir veb səhifə HTML kodu vasitəsilə yaradılır, və brauzerlər bu kodu oxuyaraq səhifənin görünüşnü istifadəçiyə göstərir.
Əsas Öyrənilməli Olan Elementlər:
Doctype və HTML Tagları: Hər bir HTML səhifəsi <!DOCTYPE html> deklarasiyası ilə başlayır. Bu, brauzerə səhifənin HTML5 standartında olduğunu bildirir. Ardınca <html> tagı gəlir ki, bu da səhifənin başlangıcını bildirir.
Head və Body Elementləri: HTML səhifəsi iki əsas hissəyə ayrılır: <head> və <body>. <head> hissəsində meta məlumatlar, stil faylları və skriptlər daxil edilir. <body> hissəsi isə səhifənin əsas məzmununu ehtiva edir.
Mətn Tagları: Əsas mətn taglarına <h1>-<h6> (başlıqlar üçün), <p> (paraqraflar üçün) və <span> (kiçik mətn hissələrini formatlamaq üçün) tagları daxildir.
List və Cədvəl Elementləri: Siyahılar yaratmaq üçün <ul> (unsorted list) və <ol> (ordered list), cədvəllər yaratmaq üçün isə <table> tagı istifadə olunur.
HTML-i öyrəndikdən sonra saytın əsas strukturunu yaratmaq asan olacaq, lakin bununla yanaşı dizayna da diqqət yetirmək lazımdır. Frontend developerin bir digər diqqət yetirməsi gərəkən nüansda məhz veb saytın daha yaxşı vizual görüntüyə sahib olmasını və mobil uyğunluğunu dəmin etməkdir.
CSS: Saytın Görünüşünü Dizayn Etmək
CSS (Cascading Style Sheets) veb səhifənin dizaynını və stilini yaratmaq üçün istifadə olunur. HTML vasitəsilə yaradılan elementlərə CSS-ilə stil əlavə edə bilər, onların rəngini, ölçüsünü, yerini və digər xüssusiyyətlərini dəyişdirmək mümkün olur.
Əsas Öyrənilməli Olan Xüssusiyyətlər:
Selector-lar: CSS-in əsası selector-ları anlamaqdan başlayır. Element selector-ları, sinif selector-ları (.class) və ID selector-ları (#id) çox istifadə olunur.
Box Model: HTML elementləri özündə margin, border, padding və content hissələrini ehtiva edir. Box model anlayışı elementlərin bir-birilə olan münasibətlərini düzgün şəkildə təyin etmək üçün vacibdir.
Flexbox və Grid: Flexbox əsas elementlərin horizontal və ya vertikal istiqamətdə düzülməsini idarə etmək üçün istifadə olunur. Grid isə daha kompleks layout dizaynları yaratmaqda kömək edir.
Media Queries: Responsiv dizayn yaratmaq üçün media queries istifadə olunur ki, bu da sayın fərqli ekran ölçülərinə uygun görünüşünü təmin edir.
CSS-i dərindən öyrənməklə daha cazibədar və peşəkar görünüşlü saytlar yaratmaq mümkün olacaq.
JavaScript: Sayta Dinamiklik Əlavə Etmək
Front end sahəsinə aid olan bir digər texnologiya isə JavaScriptdir. Hər bir veb sayt nə qədər dinamik olsa sayt sahibi tərəfindən prosessesllərin aparılması daha asan olacağını deyəbilərik. JavaScript, veb səhifələrə dinamik funksiya əlavə etmək üçün istifadə olunan əsas proqramlaşdırma dilidir. Saytın ıstifadəçi əlaqəsi təmin edən, formaları yoxlayan, interaktiv elementlər yaradan və ya animasiyalar əlavə edən funksiyalar məhz JavaScript vasitəsilə yazılır.
Əsas Öyrənilməli Olan Konsepsiyalar:
DOM Manipulyasiyası: Document Object Model (DOM) vasitəsilə HTML elementlərini JavaScript kodu ilə idarə etmək mümkün olur. getElementById, querySelector kimi metodlar bu əsasda istifadə edilir.
Event Handling: Saytda mütəxəssislərin klik, hover kimi hadisələrə reaksiya verməsi ün JavaScript event handling mexanizmi çox vacibdir.
Asinxron Proqramlaşdırma: Ajax və Fetch API vasitəsilə serverdən veri çəkmək və ya göndərmək mümkün olur ki, bu da saytı daha funksional edir.
Git və GitHub: Layihələri İdarə Etmək və Paylaşmaq
Git versiya nəzarət sistemi olub, proqram təminatı hazırlayarkən kodun dəyişikliklərini izləmək və idarə etmək üçün istifadə olunur. GitHub isə Git deposunu buludda saxlayaraq komanda şəklində işləmək üçün mükəmməl platformadır.
Əsas Öyrənilməli Olan Konsepsiyalar:
Repository Yaratmaq: Yeni layihə üçün repository yaratmaq ilk addımdır. git init əmri ilə yeni depo yaradılır.
Commit və Branchlər: Dəyişiklikləri qeyd etmək üçün git commit istifadə edilir. Fərqli funksiyalar üçün branch yaratmaq kodun təhlüksizliyini artırır.
Pull Request: Komanda şəklində işlədikdə pull request yaradaraq dəyişikliklərin digər komanda üzvləri tərəfindən baxılmasını təmin edir.
Git və GitHub vasitəsilə kodunuzu daha düzgün idarə edə biləcək, çox tərəfli komanda şəraitində sümulsuz şəkildə işləmək imkanı qazanacaqsınız. GitHub-da axtarış yerinə Emil Gasarayev yazaraq, GitHub hesabımı tapa orada yerləşdirdiyim irili xırdalı bir sıra proyektlərə baxa bilərsiniz.
Nəticə
Veb sayt hazırlamaq üçün öncəliklə frontend sahəsində təməl biliklərə sahib olmaq vacibdir. HTML, CSS və JavaScript-i öyrənərək sadə və estetik veb saytlar yaratmaq mümkündür. Daha sonra backend texnologiyalarını öyrənməklə dinamik və kompleks veb tətbiqlər hazırlamaq olar. Git və GitHub kimi alətlərdən istifadə edərək layihələrinizi daha effektiv idarə edə və komanda şəklində işləmək üçün uyğun şərait yarada bilərsiniz. Hazır biliklərinizlə frontend vakansiya elanlarına müraciət edərək iş tapmaq şansınızı artıra bilərsiniz.
Tez-tez Verilən Suallar
1. Frontend developer olmaq üçün hansı dilləri öyrənmək lazımdır?
– Əsasən HTML, CSS və JavaScript bilikləri tələb olunur. Əlavə olaraq React, Vue.js kimi frontend framework-lər də öyrənilməlidir.
2. Veb sayt hazırlamaq üçün nə qədər vaxt lazımdır?
– Sadə bir statik sayt hazırlamaq üçün bir neçə gün kifayət edir. Dinamik və kompleks veb saytlar isə daha çox vaxt tələb edə bilər.
3. Frontend vakansiya elanlarında hansı tələblər var?
– İlkin başlanğıc üçün HTML, CSS, JavaScript bilikləri, responsiv dizayn bacarığı və Git ilə işləmə təcrübəsi əsas tələblərdəndir.
4. Veb saytların dizaynını yaxşılaşdırmaq üçün hansı vasitələrdən istifadə olunur?
– CSS-in Flexbox, Grid və Media Queries xüsusiyyətləri dizaynın daha yaxşı qurulmasında mühüm rol oynayır.