
Müasir dövrdə veb saytlara və mobil tətbiqlərə əvvəlkinə nisbətən daha müxtəlif cihazlardan daxil olmaq mümkündür. Masaüstü kompüterlər, noutbuklar, planşetlər və smartfonlar kimi müxtəlif alətlər ilə daxil olan istifadəçilər bu platformalarda sürətli və rahat bir sözlə qüsursuz təcrübə gözləyirlər. Bu zaman "responsive dizayn" böyük əhəmiyyət qazanır.
Responsive design hər bir cihazda istifadəçi təcrübəsini optimallaşdırmaq və istifadəçilərə məzmuna asanlıqla daxil olmaq üçün istifadə edilən dizayn yanaşmasıdır. Veb trafikində mobil cihazların payı durmadan artır və masaüstü trafiki üstələyir, çünki istifadəçilər indi müxtəlif cihazlardan internetə daxil olurlar.
Niyə Responsiv Dizayn Vacibdir?
İstifadəci məmnuniyyəti - responsive veb sayt, tətbiq istifadəçiyə vaxtını daha səmərəli keçirməsinə kömək edir. Görmək istədiyi iş və ya əldə etmək istədiyi məlumata daha asanlıqla çatmağına şərait yaradır.
SEO Avantajı - Google kimi axtarış motorları responsiv dizaynda olan veb saytları sıralamalarda ön hissələrə çıxarmağa meyillidirlər. Google alqoritmi sıralama zamanı mobil uyğunluğu olan veb saytları daha çox üstünlük verir.
Daha Böyük Auditoriya - Responsive design, müxtəlif cihazlardan daha effektiv istifadə edərək daha çox istifadəçi qruplarına çatmağa imkan verir.
Conversion Rate Optimization (CRO) - İstifadəçilərin hər cihazda rahatlıqla gəzə bilməsi və dönüşümləri tamamlaması, biznesiniz üçün daha çox gəlir deməkdir. Neçə dəfə bir məhsulu telefonunuzdan bəyənib, düzgün bir ödəmə axışını görmək üçün kompüter açmağa məcbur oldunuz? Şirkətlər, uğurlu bir responsive dizayn ilə bunun qarşısını alır.
Adaptive Design
Adaptiv Dizayn fərqli bir yanaşma təqdim edir. Bu dizayn növü, müəyyən cihaz növləri üçün xüsusi dizaynlar yaratmağı hədəfləyir. Hər ekran ölçüsü üçün ayrı bir dizayn kodu mövcuddur və istifadəçinin cihazının növünə əsaslanaraq müəyyən bir dizayn yüklənir. Bu yanaşma, daha sürətli yükləmə vaxtları və daha yaxşı performans kimi üstünlüklər təmin edə bilər, lakin daha çox mürəkkəblik və idarəetmə tələb edir. Məsələn, bir veb saytı həm masaüstü, həm də mobil versiyaları ilə mövcud ola bilər və hər bir versiya müvafiq cihaz üçün optimallaşdırılmışdır.
Nəticə etibarilə, responsive dizayn daha çevik bir yanaşma təklif edir və eyni dizaynın fərqli ekran ölçülərinə uyğunlaşmasına imkan verir. Adaptive dizayn isə daha fərdiləşdirilmiş və sürətli yüklənmə vaxtları kimi müəyyən üstünlüklər təqdim edir. Hansı dizayn yanaşmasının seçiləcəyi, layihənizin tələblərinə və hədəf auditoriya davranışlarına əsaslanaraq dəyişə bilər.
Mobil Cihazların İstifadəsinin Genişlənməsilə Responsiv Dizaynın Önəmi Günü-gündən Artır
2023-cü ildə, dünya miqyasında 80-dən çox ölkədə internet trafikinin əksəriyyəti mobil cihazlardan gəldi. Mobil cihazlar, xüsusilə inkişaf etməkdə olan bazarlarda, internetə girişin əsas vasitəsinə çevrilib.
Bu artışın səbəblərindən biri, mobil cihazların daha əlçatan və istifadəsi rahat olmasıdır. İnsanlar artıq smartfonlar və tablet vasitəsilə günün hər saatında internetə qoşulurlar. Bu, öz növbəsində, internet saytlarının dizaynının mobil istifadəçilərə uyğun olmasını zəruri edir. Əks halda, responsive dizaynı olmayan saytlar, artan mobil istifadəçilər üçün optimal təcrübə təqdim edə bilməz.
2021-ci ildə dünya üzrə səhifə baxışlarının 55%-i mobil cihazlardan olmuşdu. Bu, mobil cihazların internet istifadəində nə qədər dominant olduğunu göstərir. Həmçinin, mobil internet istifadəsinin artması, reklam gəlirlərində də özünü göstərir. Reklamlar və axtarış reklamları mobil cihazlar üzərindən daha çox göstərilir və bu sahədə böyümə sürətlənir.
Nəticə
Responsive dizayn, müasir dövrdə veb saytlar və mobil tətbiqlər üçün əsas önəmliliklərdən biri halına gəlib. Cihazların müxtəlifliyi və istifadəçi təcrübəsinin önəmi nəzərə alınaraq, responsive dizayn bütün cihazlarda optimal təcrübə təqdim etməyə imkan verir. Bu yanaşma, mobil internet istifadəsinin artması ilə daha da vacib bir rol oynayır, çünki istifadəçilər müxtəlif cihazlardan internetə daxil olurlar və onlar rahat və sürətli bir təcrübə istəyirlər.
Nəticədə, responsive dizayn, veb saytlar üçün çevik və effektiv bir həll təklif edərək, hər cihazda istifadəçilərə mükəmməl təcrübə təmin edir. Gələcəkdə, mobil və digər cihazlardan internet istifadəsi daha da artacaq, buna görə də responsive dizayn hər keçən gün daha da önəmli olacaq.
Bir sonrakı bloqlarımızda veb saytı responsive dizaynda yazmaq üçün frontend developerlərin hansı alətlərdən istifadə etiyini, Media query, Bootstrap, Tailwind və başqa proqramlaşdırma alətləri haqqında geniş məlumat əldə edə biləcəksiniz.
Tez-tez Verilən Suallar
Responsive dizayn nədir?
Responsive dizayn, müxtəlif ekran ölçülərinə və cihazlara uyğunlaşan bir web dizayn yanaşmasıdır. Bu yanaşma ilə saytlar, mobil telefonlardan masaüstü kompüterlərə qədər hər növ cihazda optimal görünür və istifadəçi təcrübəsini yaxşılaşdırır.
Nə üçün responsive dizayna üstünlük verilməlidir?
Responsive dizayn, istifadəçilərin hər cihazda rahatlıqla və sürətlə məzmuna daxil olmalarını təmin edir. Bununla yanaşı, Google kimi axtarış motorları responsiv saytları daha yüksək sıralayır, bu da SEO üçün müsbət təsir göstərir.
Adaptive dizayn ilə responsive dizayn arasındakı fərq nədir?
Adaptive dizayn, müəyyən cihaz növləri üçün xüsusi dizaynlar yaratmağa əsaslanır. Responsive dizayn isə eyni dizaynı fərqli ekran ölçülərinə uyğunlaşdırır. Adaptive dizayn daha fərdiləşdirilmiş olsa da, responsive dizayn daha çevik və asan idarə oluna bilər.